veten informasiya agentliyi

Ən çox satılan da odur, ən zərərlisi də... – Sürücülərə XƏBƏRDARLIQ

Tarix:30-05-2026, 15:38
Baxış Sayı:32

Ən çox satılan da odur, ən zərərlisi də... – Sürücülərə XƏBƏRDARLIQ

Xəbər verildiyi kimi, yanvar-aprel aylarında Azərbaycanın sığorta sektorunda toplanan sığorta haqları 610 milyon manat, sığorta ödənişləri isə 304 milyon manat olub.
Bununla da sektor üzrə şərti zərərlilik (ödəniş/yığım nisbəti) təqribən 50% təşkil edib.
Ən yüksək zərərlilik nümayiş etdirən sahələrdən biri avtomobillərin icbari sığotası – avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası - olub.
Belə ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar 57 milyon 517 min manat sığorta haqqı toplanıb. Baş vermiş hadisələr üzrə isə 51 milyon 709 min manat ödəniş edilib.
Başqa sözlə, bu sahədə ödəniş/yığım nisbəti 89,9%-ə yüksəlib. Yəni toplanan hər 100 manat qarşılığında, sığorta şirkətləri 90 manat ödəniş ediblər.
Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə icbari avtomobil sığortası üzrə 53,7 milyon manat sığorta haqqı toplanıb, 41,6 milyon manat sığorta ödənişi edilib.
Yəni ötən illə müqayisədə sığorta haqları 3,8 milyon manat (7%), sığorta ödənişləri isə 10 milyon manat və ya 24% artıb. Ötən ilin yanvar-aprel aylarında avtomobil sığortasının zərərlilik göstəricisi cəmi 77% idi, indi isə bu rəqəm 90%-ə yüksəlib.
Bəs, ödənişlərin bu qədər artmasının səbəbi nədir?
Mövzu ilə bağlı danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, avtomobillərin icbari sığorta növu ən çox satılan sığorta növü olsa da ən zərərli sığorta növüdür:
“Bununla paralel son dövrlər bu xidmət növü ilə bağlı ödənişlərin artmasının səbəbi yeni nəsil avtomobillərdir. Məsələn, hibrid, plag-in-hibrid və elektrik avtomobillərinin ehtiyat hissələri çox bahadır. Eyni zamanda yeni nəsil avtomobillərin ölkəmizdə “ölüxana”sı yoxdur. Ona görə də yeni avtomobillərə ancaq yeni ehtiyat hissələri alınır. Nəticədə xərclər artır.
Əgər əvvəl sığora şirkəti bir hadisəyə görə 1500-2000 manat ödəyirdisə, indi bu rəqəm 3000 manatın üzərindədir. Nəzərə alaq ki, köhnə avtomobillərin də ehtiyat hissələri xeyli bahalaşıb. Bu da sığorta ödənişlərinin həcminə öz təsirini göstərir”. //Bizim.Media//

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış