veten informasiya agentliyi

ABŞ Kiyevdəki səfirliyinin fəaliyyətini müvəqqəti dayandırdı

Tarix:28-05-2026, 15:37
Baxış Sayı:49

ABŞ Kiyevdəki səfirliyinin fəaliyyətini müvəqqəti dayandırdı


Vaşinqton, genişmiqyaslı hava hücumu təhlükəsinin artması fonunda Ukrayna paytaxtındakı diplomatik missiyasının fəaliyyətini müvəqqəti məhdudlaşdırmaq qərarına gəlib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Ukraynadakı Amerika vətəndaşlarını maksimum dərəcədə ehtiyatlı olmağa və hava həyəcanı siqnalı veriləcəyi təqdirdə dərhal sığınacaqlara yollanmağa çağırmışdı.
Amerika tərəfinin bu addımını Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas belə şərh edib:
"Əlimizdə olan məlumata görə, Avropa ölkələrinin diplomatik missiyaları Kiyevdə fəaliyyətlərini davam etdirirlər. Hazırda şəhəri yalnız ABŞ təmsilçiləri tərk edib, Aİ ölkələrinin səfirlikləri isə öz yerlərindədir".
Təhlükəsizlik riskləri barədə xəbərdarlıqlara baxmayaraq, Avropa İttifaqı və aparıcı Avropa dövlətlərinin rəhbərliyi heyəti təxliyə etməmək qərarına gəlib. Almaniya, Fransa və Polşa səfirləri rəsmi olaraq təsdiqləyiblər ki, onların diplomatik missiyaları gücləndirilmiş təhlükəsizlik tədbirlərinə riayət etməklə adi rejimdə işlərini davam etdirirlər.
Bir sıra siyasi analitiklər qeyd edirlər ki, Brüsselin hərbi və inzibati infrastruktura zərbə endirilməsi risklərinə rəğmən öz diplomatlarını Kiyevdə saxlamaq qərarı rəmzi xarakter daşıyır və Ukrayna ilə siyasi həmrəyliyi nümayiş etdirmək məqsədi güdür.
Bununla yanaşı, bu yanaşmanı tənqid edənlər vurğulayırlar ki, potensial hədəflərin yaxınlığında xarici diplomatların olması hərbi əməliyyatların planlaşdırılmasını mürəkkəbləşdirir və hər hansı bir insident baş verəcəyi təqdirdə qaçılmaz olaraq irimiqyaslı beynəlxalq böhrana yol açacaq.

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Gəncədə 78 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
Gəncədə 78 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
Şəxsi və bank məlumatlarınızı heç kimlə paylaşmayın - DİN
Şəxsi və bank məlumatlarınızı heç kimlə paylaşmayın - DİN
"Təcili beh göndərin" deyənlərə inanmayın! - DİN
"Təcili beh göndərin" deyənlərə inanmayın! - DİN
İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
Ağdaşda ağır qəza: Ölən var
Ağdaşda ağır qəza: Ölən var
Dünən Bakıda güclü küləkdə iki nəfər xəsarət aldı
Dünən Bakıda güclü küləkdə iki nəfər xəsarət aldı