veten informasiya agentliyi

Heç vaxt üzr istəməyən bürclər

Tarix:23-05-2026, 12:42
Baxış Sayı:48

Heç vaxt üzr istəməyən bürclər


Bəzi bürclər öz ambisiyaları və inadkarlıqları ucbatından münasibətlərdə heç vaxt günahlarını boynuna almır, problemi həmişə qarşı tərəfdə axtarırlar.
Münasibətlərdə hər kəs səhv edə bilər, lakin bəzi insanlar üçün günahını etiraf etmək böyük problemə çevrilir.
Hətta aşkar şəkildə haqsız olduqları məqamda belə, manipulyasiya və müxtəlif bəhanələrlə qarşı tərəfi təqsirkar çıxarmağı bacarırlar. Astroloqlar səhvini heç vaxt qəbul etməyən və həmişə sudan quru çıxan bürcləri müəyyənləşdiriblər.
Şir bürcü altında doğulan şəxslərin özlərini təqsirkar hesab etdiyini görmək demək olar ki, qeyri-mümkündür. Bu bürcün nümayəndələri özlərini qüsursuz sayırlar. Ortada ciddi səhv olduqda isə günahı ya mövcud şəraitin, ya da ətrafdakı insanların üzərinə atırlar. Onlar üçün qüruru qorumaq hər şeydən vacibdir.
Əkizlər bürcü isə günahı tam sübut olunduğu anda belə, manipulyasiya və söz oyunları ilə vəziyyəti öz xeyrinə dəyişir. Onlarla mübahisə edərkən mövzu elə bir nöqtəyə gəlir ki, sonda günahkar vəziyyətinə özünüz düşürsünüz. Diqqəti yayındırmaq və özünə bəraət qazandırmaq onların əsas taktikasıdır.
İnadkar xasiyyəti ilə seçilən Qoç bürcü emosional qərarlar verir. Səhv etdiyini daxilən anlasa da, heç vaxt geri addım atmır. Üzr istəməyi məğlubiyyət kimi qəbul edən Qoçlar, günahı etiraf etmək əvəzinə tərəfdaşını onu əsəbiləşdirməkdə ittiham edirlər.
Özlərindən olduqca əmin olan Oğlaq bürcləri isə tənqidə dözümsüzdürlər. Münasibətlərdə və ya iş həyatında problem yaranarsa, uğursuzluğun səbəbini qarşı tərəfin məsuliyyətsizliyində görürlər. Səhvlərini boynuna almaq əvəzinə, partnyoru ilə araya soyuqluq salmağı seçirlər.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı