veten informasiya agentliyi

Şenol Kul: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq

Tarix:17-05-2026, 13:28
Baxış Sayı:69

Şenol Kul: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq


Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında əldə edilən məlumat və təcrübə yeni şəhərsalma layihələri üçün vacib bir istinad nöqtəsi olacaq. Davamlı mənzil siyasəti və əməkdaşlıq modellərinə həsr olunmuş tədbirlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu fikri Türkiyənin Samsun vilayətindəki Terme bələdiyyəsinin meri Şenol Kul Bakıda keçirilən WUF13-ə yola düşməzdən əvvəl bildirib.
Şenol Kul bildirib ki, WUF13 çərçivəsində BMT ilə dialoq üçün dünyanın hər yerindən merləri, qubernatorları və bələdiyyə nümayəndələrini bir araya gətirən əsas beynəlxalq məşvərət orqanı və siyasət platforması olan Ümumdünya Yerli və Regional Hakimiyyətlər Assambleyasının (WALRG) iclasında iştirak edəcək.
Bundan əlavə, Terme meri Bakı forumu çərçivəsində keçiriləcək dəyirmi masa müzakirəsində öz mövqeyini bildirəcək.
“WUF13 dünyanın müxtəlif şəhərlərinin təcrübələrini öyrənmək və bölgəmizi təmsil etmək üçün əla fürsətdir. Azərbaycanda müzakirə ediləcək “şəhər dayanıqlılığı” və “yaşıl mənzil” mövzuları Termenin gələcəyi ilə bağlı planlarımızla sıx əlaqəlidir. Qlobal bilik mübadiləsindən ilhamlanaraq, şəhərimizi daha müasir və yaşana bilən hala gətirmək üçün səylə çalışmağa davam edəcəyik”, - deyə o əmin edib.
Türkiyənin bələdiyyə sədri, həmçinin WUF13-ün yekun sənədlərinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu sənədlər dayanıqlı şəhər inkişafı üçün vacib yol xəritəsinə çevriləcək və yerli hakimiyyət orqanlarının urbanizasiya ilə bağlı qərar qəbuletmə proseslərinə təsirini artıracaq”.

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
“Apple” 200-dən çox iş yerini ixtisar edir
“Apple” 200-dən çox iş yerini ixtisar edir
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək