veten informasiya agentliyi

Ebola epidemiyasına görə beynəlxalq fövqəladə vəziyyət elan edildi

Tarix:17-05-2026, 13:23
Baxış Sayı:41

Ebola epidemiyasına görə beynəlxalq fövqəladə vəziyyət elan edildi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası (KDR) və Uqandada yayılan Ebola qızdırması epidemiyası səbəbindən beynəlxalq fövqəladə vəziyyət rejimi elan edib.
Bu barədə bəyanat təşkilatın rəsmi saytında dərc olunub.
Vurğulanıb ki, söhbət pandemiyadan deyil, epidemiyadan gedir. Hazırda yoluxanların real sayı və xəstəliyin coğrafi yayılma miqyası ilə bağlı qeyri-müəyyənlik mövcuddur.
Mövcud məlumatlara görə, Konqo Respublikasının üç zonasında Ebola ilə bağlı olan 80 ölüm halı və 246 yoluxma hadisəsi qeydə alınıb. Yoluxma hallarından hələlik yalnız səkkizi laboratoriya üsulu ilə təsdiqlənib. Epidemiyanın episentri Konqonun İturi əyalətinin Monqbvalu və Rvampara rayonlarıdır.
"Konqo Demokratik Respublikası Ebola epidemiyaları ilə mübarizədə böyük təcrübəyə malikdir və ÜST hazırkı cavab tədbirləri çərçivəsində dəstəyini operativ şəkildə artırır. Milli hakimiyyət orqanları və tərəfdaşlarla sıx əməkdaşlıq edərək, virusun yayılmasını dayandırmaq, insanları qorumaq və onların həyatını xilas etmək üçün əlavə resurs və mütəxəssisləri sürətlə cəlb edirik", – deyə ÜST-nin Afrika ölkələri üzrə Regional Bürosunun direktoru Mohamed Canabi bildirib.
Ebola virusu insanlara vəhşi heyvanlardan keçir. Xəstəliyin ilk simptomları qızdırma, əzələ, baş və boğaz ağrılarıdır. Daha sonra böyrək və qaraciyər funksiyaları pozulur, həmçinin daxili və xarici qanaxmalar başlaya bilir.

Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Polis bu qədər narkotik vasitə aşkarladı
Polis bu qədər narkotik vasitə aşkarladı
DYP piyadalara müraciət etdi
DYP piyadalara müraciət etdi
Azərbaycanda sürücüsüz nəqliyyat vasitələrinin istifadə qaydaları müəyyən edildi
Azərbaycanda sürücüsüz nəqliyyat vasitələrinin istifadə qaydaları müəyyən edildi
Bu məhsullar gömrük rüsumundan azad edilir
Bu məhsullar gömrük rüsumundan azad edilir
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur