veten informasiya agentliyi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Tarix:12-05-2026, 10:28
Baxış Sayı:66

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Ermənistanın hansısa xarici himayəçi axtarışında olduğunu daim müşahidə edəcəyik. Çünki Ermənistan təbii dövlət deyil, süni şəkildə yaradılmış ölkədir. Hətta uzun müddət erməni kilsəsi hansısa şəkildə erməni dövlətini yaratmağı və fərqli ölkələrə - Ərəb xilafəti, moğollar, Avropa ölkələri, Rusiya və digər güc mərkəzlərinə - xidmət göstərməyi təklif edib. Bu məqsədlə yaranmış dövlətin də daima dəstəkçi axtarışında olması təəccüblü deyil.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə, Ermənistan xaricdən dəstək olmadan bir dövlət kimi öz mövcudluğunu davam etdirə bilməz:
“Hazırda Rusiya bütün resurslarını və enerjisini Ukraynaya sərf etdiyi üçün Ermənistana maddi və siyasi dəstək verə bilmir. Ermənistanın Baş naziri Nikol Paşinyan da Avropaya inteqrasiya yolunu tutub. Aydındır ki, bu yolu tutan rəhbər özünə Avropada yeni himayəçi axtarmalıdır. Ən uyğun namizəd ermənilərdən uzun onillərdir istifadə edən və onları hər yerdə müdafiə edən Fransadır.
Bunu da deyim ki, Fransanın bu günə qədər erməniləri müdafiə etməsi heç vaxt nəticə verməyib. Çünki ermənilər ruslara və fransızlara arxayın olduqları üçün yaşadıqları və imtayazlar aldıqları ölkəyə - Osmanlı İmperiyasına xəyanət etmiş və ona görə də Suriya və Livana köçürülmüşdülər. Qondarma “soyqırım” dedikləri olay - 1915-ci il tarixi hadisələri əslində xəyanətlərinə görə ermənilərin rusların və fransızların istifadə edəcəyi yerlərdən köçürülməsidir.
Eyni zamanda, Fransa da özünə dayaq nöqtəsi axtarır. Çünki Fransa Afrikada və Yaxın Şərqdə müəyyən mövqelər itirdiyi üçün yeni ərazilərdə möhkəmlənməyə çalışır. Digər tərəfdən, Fransa yeni dünya düzəni prosesində iştirak etmək və Rusiyanın nəzarətindən çıxan ərazilərdə mövqeyini gücləndirmək istəyir.
Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistandan istifadə edir.
Fransanın İranla da xüsusi əlaqələri var və həmin əlaqələrdə Ermənistan önəmli yer tutur. Belə ki, Fransaya həm İrana keçid nöqtəsi kimi, həm gələcəkdə planlaşdırılan neft-qaz resurslarının axını, həm də İranla strateji partnyorluğu davam etdirmək üçün Ermənistan lazımdır.
Düşünürəm ki, sülh danışıqları aparılsa, hətta gələcəkdə sülh müqaviləsi imzalansa belə, biz Ermənistanın Fransa tərəfindən silahlandırılmasını və ordusunun təkmilləşdirilməsini görəcəyik”.

Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
Sabunçuda lombarddan oğurluq hadisəsi qeydə alındı
Sabunçuda lombarddan oğurluq hadisəsi qeydə alındı
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi
Ermənistan silah istehsalına başlayır - Hindistanla plan üzə çıxdı
Ermənistan silah istehsalına başlayır - Hindistanla plan üzə çıxdı