veten informasiya agentliyi

Rusiyaya qarşı yeni hərbi blok: 10 ölkə birləşdi

Tarix:30-04-2026, 10:48
Baxış Sayı:38

Rusiyaya qarşı yeni hərbi blok: 10 ölkə birləşdi

Böyük Britaniya və Avropanın daha doqquz ölkəsi qitənin şimalında birgə hərbi-dəniz qüvvələrinin yaradılması barədə razılığa gəlib.
Yeni birliyə Böyük Britaniya ilə yanaşı Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, Baltikyanı ölkələr və Niderland daxil olacaq. Bu qüvvələrin NATO strukturlarını tamamlayacağı, əsasən birgə hazırlıq və əməliyyatların koordinasiyası üçün istifadə ediləcəyi bildirilir.
Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Qvin Cenkinsin sözlərinə görə, yeni format mümkün hərbi ssenarilərə hazır olmağı təmin etməlidir. O qeyd edib ki, məqsəd ümumi planların hazırlanması və qüvvələrin tam inteqrasiyasına nail olmaqdır.
Məlumata görə, söhbət əslində artıq mövcud olan və Böyük Britaniyanın rəhbərlik etdiyi Birləşmiş Ekspedisiya Qüvvələrinin (JEF) genişləndirilməsindən gedir. Şimali Avropanın 10 ölkəsini birləşdirən bu struktur böhranlara operativ reaksiya vermək üçün yaradılıb və həm müstəqil, həm də NATO ilə koordinasiyalı fəaliyyət göstərə bilir.
Yeni dəniz qüvvələrinin idarə olunması zərurət yaranacağı halda Britaniyanın Nortvud şəhərində yerləşən hərbi qərargahdan həyata keçirilə bilər.
Qeyd olunur ki, bu addım son illərdə Arktika və Şimali Atlantik regionlarına artan maraq fonunda atılır. NATO ölkələri bu istiqamətdə hərbi mövcudluğunu gücləndirir, dəniz marşrutları və infrastruktur üzərində nəzarəti artırır.
Eyni zamanda, Britaniya tərəfi Rusiyanın dəniz məkanında aktivliyinin də artdığını vurğulayır. Bildirilir ki, son iki ildə bu tip insidentlərin sayı təxminən üçdə bir artıb.
ABŞ yeni formata daxil edilməyib, lakin Kanadanın mümkün iştirakı məsələsi müzakirə olunur.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu