veten informasiya agentliyi

Bu binalarda kombi ləğv edilir - Sakinlərə vacib xəbərdarlıq

Tarix:Bu gün, 10:00
Baxış Sayı:4

 Bu binalarda kombi ləğv edilir - Sakinlərə vacib xəbərdarlıq
Xəbər verdiyimiz kimi, mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.
Bu qərar necə tənzimlənəcək? Mərkəzi istilik sistemi və qazanxanalar nə dərəcədə effektiv olacaq?
Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza danışıb. O bildirib ki, bu qərar əsasən son dövrlərdə qaz sızmalarının və partlayışların artması ilə əlaqədar qəbul edilə bilər:
“Qazanxanalar yüksək texniki standartlara uyğun fəaliyyət göstərərsə, dövlət tərəfindən təmin edilən mərkəzi istilik sistemi daha etibarlı və səmərəli hesab oluna bilər. Bu halda həm aylıq ödənişlər daha stabil və əlçatan olar, həm də təhlükəsizlik baxımından risklər minimuma enər”.
Ekspertin sözlərinə görə, mərkəzi istilik sisteminin effektivliyi birbaşa onun idarə olunma keyfiyyətindən və texniki vəziyyətindən asılıdır:
“Mərkəzi istilik sistemi düzgün layihələndirilsə, müasir avadanlıqlarla təchiz olunsa və davamlı texniki nəzarət həyata keçirilsə, ciddi problem yaşanmaz. Lakin təcrübə göstərir ki, bəzi hallarda istilik sistemində fasilələr, qeyri-bərabər istilik paylanması və xidmət keyfiyyəti ilə bağlı narazılıqlar yaranıb. Buna görə də bütün risklər və mümkün problemlər əvvəlcədən nəzərə alınmalıdır”.
Mütəxəssis qeyd edib ki, bu qərarın tətbiqi zamanı sakinlər üçün müəyyən çətinliklər də yarana bilər:
“Bunlara istiliyin fərdi şəkildə tənzimlənməsinin mümkünsüzlüyü, xidmət keyfiyyətindən asılılıq, bəzi hallarda isə istilik təchizatında gecikmələr daxildir. Digər tərəfdən, mərkəzi sistem düzgün qurularsa, bu, uzunmüddətli perspektivdə daha təhlükəsiz, ekoloji baxımdan daha təmiz və iqtisadi cəhətdən daha səmərəli həll yolu ola bilər. Nəticə olaraq, qazın məhdudlaşdırılması və mərkəzi istilik sisteminə keçid qərarı təhlükəsizlik baxımından əsaslandırılsa da, onun uğurlu tətbiqi üçün texniki infrastrukturun gücləndirilməsi, şəffaf idarəetmə və sakinlərin rahatlığının təmin olunması vacib şərtlərdir”.

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib
PIRLS 2026 tədqiqatının əsas mərhələsi keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təhsil işçiləri üçün seminar təşkil olunub
Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təhsil işçiləri üçün seminar təşkil olunub
“Əlaçı” televiziya layihəsinin seçim turu təşkil olunub
“Əlaçı” televiziya layihəsinin seçim turu təşkil olunub
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı maarifləndirici görüşlərə başlanılıb
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı maarifləndirici görüşlərə başlanılıb
“Zəkaların mübarizəsi” Olimpiadasında şahmat və bilik istiqamətində Daşkəsən rayonu üzrə komanda üzvlərini təqdim edirik
“Zəkaların mübarizəsi” Olimpiadasında şahmat və bilik istiqamətində Daşkəsən rayonu üzrə komanda üzvlərini təqdim edirik
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında regional şahmat turniri keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında regional şahmat turniri keçirilib
“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib