veten informasiya agentliyi

ABŞ-da təyyarə evə çırpıldı - Ölən var

Tarix:20-04-2026, 09:00
Baxış Sayı:72

ABŞ-da təyyarə evə çırpıldı - Ölən var


ABŞ-ın Florida ştatındakı Tampa şəhəri yaxınlığında kiçik təyyarə bir evin həyətinə düşərək qəzaya uğrayıb.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası qəzanın yerli vaxtla təxminən saat 08:35-də baş verdiyini bildirib.
"Tampanın şimal hava limanından havaya qalxan "Cessna" tipli təyyarə hələlik məlum olmayan səbəblərdən yerə çırpılıb. Təyyarədə yalnız pilot olub və o, hadisə yerində həlak olub. Qəzadan sonra yanğın baş verib və yaxınlıqdakı evə müəyyən ziyan dəyib. Hazırda aviaqəza ilə bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
Xatırladaq ki, aprelin 9-da Arizona ştatında yüngül mühərrikli təyyarənin uçuş-enmə zolağından çıxaraq partlaması nəticəsində iki nəfər həyatını itirmişdi.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu