veten informasiya agentliyi

Vens ABŞ-a geri döndü - “Bu, İran üçün pis xəbərdir”

Tarix:12-04-2026, 13:54
Baxış Sayı:62

Vens ABŞ-a geri döndü - “Bu, İran üçün pis xəbərdir”



İran tərəfi ABŞ-ın təklif etdiyi sazişin şərtlərini qəbul etməyib.
Bu barədə İslamabaddakı danışıqların yekununda jurnalistlərə ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
"Onlar bizim şərtləri qəbul etməməyə qərar verdilər", - deyə o qeyd edib.
Vens vurğulayıb ki, nümayəndə heyətləri arasında razılığın əldə olunmaması Birləşmiş Ştatlardan çox İran üçün pis xəbərdir.
Onun sözlərinə görə, Amerika nümayəndə heyəti Tehranla sövdələşməyə nail olmadan vətənə qayıdır.
"Biz razılıq əldə etmədən Birləşmiş Ştatlara geri dönürük", - vitse-prezidenti bəyan edib.
Bundan əvvəl məlum olub ki, danışıqlar Hörmüz boğazı, təzminatlar, nüvə mövzusu, sanksiya məhdudiyyətlərinin aradan qaldırılması və Yaxın Şərqdəki münaqişənin tamamilə dayandırılması ilə bağlı olub.
Yaxın Şərqdə nizamlanma üzrə İran və ABŞ arasındakı danışıqlar aprelin 11-də İslamabadda, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə keçirilib. Tərəflər üç raund danışıqlar aparıblar. Görüşdə İslam Respublikasını XİN rəhbəri Abbas Araqçı və parlament sədri Məhəmməd-Baqer Qalibaf təmsil edib. 71 nəfərdən ibarət Amerika nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Heyətə həmçinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Amerika liderinin kürəkəni Cared Kuşner, Milli Təhlükəsizlik Şurasının üzvü Endi Beyker və Asiya ölkələri üzrə müşavir Maykl Vens daxil olub.

Azərbaycan və Çin Baş prokurorları arasında görüş keçirildi
Azərbaycan və Çin Baş prokurorları arasında görüş keçirildi
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır