veten informasiya agentliyi

Məşhur stadion yandı

Tarix:12-04-2026, 13:53
Baxış Sayı:60

Məşhur stadion yandı


İsveçrə Superliqasının 33-cü turu çərçivəsində “Bazel” ilə “Tun” arasında keçirilməli olan oyun soyunub-geyinmə otaqlarında baş verən yanğın səbəbindən təxirə salınıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Dəyən ziyana və lazımi oyun, eləcə də tibbi avadanlığın olmamasına görə “Bazel” “Tun”a qarşı səfər matçını keçirə bilmir”, – deyə “Bazel açıqlama yayıb.
“Qırmızı-göylər”in ev stadionu olan “Sankt-Yakob Park”da baş verən yanğın nəticəsində forma dəstləri, butslar, həmçinin tibbi və texniki avadanlıqlar məhv olub. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir, lakin yanğının səbəbi hələ müəyyənləşdirilməyib.
Təxirə salınan oyunun yeni tarixi daha sonra açıqlanacaq. Hazırda “Tun” 71 xalla İsveçrə çempionatının lideridir. “Bazel” isə 18 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.

Azərbaycan–Vyetnam münasibətlərində yeni perspektivlər
Azərbaycan–Vyetnam münasibətlərində yeni perspektivlər
AIIB Bakı metrosuna 820 milyon dollar ayırır
AIIB Bakı metrosuna 820 milyon dollar ayırır
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
Telefonu güzgü qarşısına və hamama qoymayın: Zərərləri üzə çıxdı
Telefonu güzgü qarşısına və hamama qoymayın: Zərərləri üzə çıxdı
Torpaq alıb ev tikənlərin nəzərinə - Bir sənəd hər şeyi dəyişir
Torpaq alıb ev tikənlərin nəzərinə - Bir sənəd hər şeyi dəyişir
Torpaq alıb ev tikənlərin nəzərinə - Bir sənəd hər şeyi dəyişir
Torpaq alıb ev tikənlərin nəzərinə - Bir sənəd hər şeyi dəyişir
Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır
Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır
Gürcüstan surroqat analığı qadağan edir
Gürcüstan surroqat analığı qadağan edir