veten informasiya agentliyi

Bu ölkədə parlament seçkiləri keçirilir

Tarix:24-03-2026, 16:55
Baxış Sayı:78

Bu ölkədə parlament seçkiləri keçirilir


Bu gün Danimarkada parlamentə (Folketinq) seçkilər üzrə səsvermə başlayıb.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 11:00-da) açılıb. Onlar saat 20:00-da (Bakı vaxtı ilə 23:00-da) işlərini başa vuracaqlar.
Təxminən 4,3 milyon danimarkalı səsvermə hüququna malikdir.
Sorğulara görə, Danimarkanın Baş naziri Mette Frederiksenin partiyası - "Sosial-demokratlar" yarışın lideri hesab olunur və seçkilərdə qalib gələ bilər.
Avropa KİV-in məlumatına görə, heç bir siyasi düşərgə 179 yerlik parlamentdə səs çoxluğu qazanacağını gözləmir.
Parlamentdə səs çoxluğu üçün ən azı 90 yer əldə etmək lazımdır. Parlamentə keçmək üçün hər bir partiyadan seçicilərin ən azı 2 %-nin dəstəyi tələb olunur.
Seçkilər Danimarkada Qrenlandiya ətrafındakı gərginlik və ABŞ Prezidentinin adaya nəzarəti əldə etmək planları fonunda keçirilir.
M.Frederiksen 2019-cu ildən Danimarkanın baş naziri postunu tutur.

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub
Noyabrda 11 gün iş olmayacaq
Noyabrda 11 gün iş olmayacaq
Azərbaycanda 328 itkin düşmüş şəxsin genetik identifikasiyası aparılıb - DTX rəsmisi
Azərbaycanda 328 itkin düşmüş şəxsin genetik identifikasiyası aparılıb - DTX rəsmisi
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə
Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar gözlənilir
Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar gözlənilir
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir
Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir
40 minədək şəxsə əlillik təyin olundu
40 minədək şəxsə əlillik təyin olundu