veten informasiya agentliyi

Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı...

Tarix:19-03-2026, 23:56
Baxış Sayı:71

Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı...


İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə "DUR" deyib də, layiq olduqları yerdə oturdacaq..

Yenixeberorg.com mediatvaz.com-a istinadla xəbər verir ki, bu haqda baş redaktor İlqar Salmanov özünün FB səhifəsində yazıb:
Gözlənilən idi... Aylardır ki, Yenixeber.org olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "özfəaliyyəti" ilə bağlı araşdırma aparır, "göz deşən" faktlarla məlumatları tirajlayırdıq. Və aidiyyatı dövlət orqanlarını da bu faktları araşdırmağa səslənirdik. Hələ bu harasıdır, daha da, kəskin cavablarla qarşılaşacağımız deyilmişdir...
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Medianın İnkişafı Agentliyi eyni mənbədən, bir şəxs - Hikmət Hacıyev tərəfindən kurasiya edilir. (Yeri gəlmişkən, həm QHT sektorunun, həm də Medianın halına 5-6 uzuntuman arvad lazımdır ki, ağlaşma qursun. Bu başqa yazının mövzusu olacaq.)
Xüsusi ilə son zamanlar online media resurslarına qarşı bu "səlib yürüşü" böyük siyasi ambisiyalarla çabalayan çetənin de-fakto İlham Əliyev hakimiyyətinə düşmənçiliyi, arxadan vurduğu zərbələrdir...Bu qədər bəsit, bu qədər sadə. (Bu haqda geniş yazım və çıxışım olacaq.)
Artıq heç də az müddət olmayacaq qeyri-iş günləri başlayır...
Bu səbəbdən də, dövlət başçısı başda olmaqla, aidiyyatı yüksək çinlilərə müraciətim ilk iş günündə olacaq. İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə "DUR" deyib də, layiq olduqları yerdə oturdacaq... Və Yenixeber.org-un da fəaliyyəti bərpa ediləcək.
Hələlik isə https://yenixeberorg.com/ domeni üzərindən fəaliyyətimizi davam etdiririk.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı