veten informasiya agentliyi

Azərbaycanda Çin malları bahalaşa bilər

Tarix:16-03-2026, 12:07
Baxış Sayı:73

Azərbaycanda Çin malları bahalaşa bilər


Regionda baş verən gərginlik və İran üzərindən keçən tranzit yollarında yaranan problemlər Azərbaycana idxal olunan malların qiymətinə təsir göstərə bilər.
Çin mallarının satışı ilə məşğul olan sahibkarların verdikləri məlumata görə, İran ərazisi Çin və digər Asiya ölkələrindən gələn yüklər üçün əsas marşrutlardan biri hesab olunur.
Bu istiqamətdə daşınmalarda gecikmə və ya məhdudiyyət yaranması logistika xərclərinin artmasına səbəb olur.
Nəqliyyat və sığorta xərclərinin bahalaşması ilk növbədə Çin istehsalı olan ucuz istehlak mallarının qiymətinə təsir edir. Xüsusilə geyim, ayaqqabı, elektronika, məişət texnikası və bazarlarda satılan xırdavat məhsullarında qiymət artımı daha tez hiss olunur.
Bildirilib ki, yükdaşımada alternativ marşrutlardan istifadə edilməsi malların maya dəyərini yüksəldir. Bu səbəbdən telefon, televizor, noutbuk, plastik və məişət əşyaları, tikinti materialları, avtomobil ehtiyat hissələri kimi məhsulların qiymətində artım gözlənilir.
Hazırkı vəziyyət davam edərsə, idxal olunan bəzi mallarda qiymətlər orta hesabla 5-15 faiz arta bilər. Ucuz Çin mallarında artım nisbətən az, texnika və ehtiyat hissələrində isə daha çox ola bilər.
Qeyd edək ki, Azərbaycan bazarında satılan qeyri-ərzaq məhsullarının böyük hissəsi Çin istehsalıdır və onların ölkəyə gətirilməsi əsasən tranzit yollarından asılıdır.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu