veten informasiya agentliyi

Ən böyük ulduzlardan biri partlaya bilər

Tarix:28-02-2026, 11:48
Baxış Sayı:56

Ən böyük ulduzlardan biri partlaya bilər


Kainatda məlum ən böyük ulduzlardan biri olan “WOH G64” kəskin dəyişikliklərə məruz qalıb.
Ulduzun partlaya biləcəyi ehtimal olunur.
Afina Milli Rəsədxanasından Qonsalo Munyosa-Sançesin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu bu nəticəyə gəlib.
Tədqiqat “Nature Astronomy” jurnalında dərc edilib.
Yeni tədqiqatın müəllifləri bildirirlər ki, “WOH G64” 2014-cü ildə qırmızı supernəhəng mərhələsindən daha nadir və qeyri-sabit bir vəziyyətə — sarı hipernəhəng mərhələsinə keçib. Onların fikrincə bu, ulduzun xarici qatlarını sürətlə itirdiyini və qısa həyatının son mərhələsinə daxil olduğunu göstərə bilər.
“WOH G64” ulduzunun yaşı 5 milyon ildən az qiymətləndirilir. Müqayisə üçün Günəşin yaşı təxminən 4,6 milyard ildir. Lakin kütləsi böyük olan ulduzlar daha az yaşayır. Onlar termonüvə yanacağını çox sürətlə sərf edir və təkamül mərhələlərini bir neçə milyon il ərzində keçir.
Tədqiqatçılar hesab edirlər ki, “WOH G64” ulduzunun xüsusiyyətlərində baş verən kəskin dəyişiklik onun xarici örtüyünün böyük hissəsini kosmosa atması ilə bağlı ola bilər. Ehtimal olunan səbəblərdən biri digər ulduzla qarşılıqlı təsirdir. Digər nəzəriyyə isə “superkülək” mərhələsi ilə bağlıdır.
Partlayışın dəqiq nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Əgər “WOH G64” yaxın gələcəkdə partlasa bu, Süd yolu qalaktikasından kənarda yerləşən nəhəng ulduzun məhv olmasının nadir müşahidəsi olacaq və alimlərə ən böyük ulduzların təkamülünün son mərhələlərini daha yaxşı anlamağa imkan verəcək.
Qeyd edək ki, “WOH G64” Süd yolu qalaktikasının cırtdan peyk qalaktikası olan Böyük Magellan Buludunda yerləşir və Yerdən təxminən 160 min işıq ili uzaqdadır. Ulduz 1970-ci illərdə kəşf olunub. Onun radiusu Günəşin radiusundan 1500 dəfə çoxdur. 2024-cü ildə o, qalaktikamızdan kənarda detallı şəkildə fotosu çəkilən ilk ulduz olub. Bu, Avropa Cənub Rəsədxanasının “Very Large Telescope” interferometri vasitəsilə mümkün olub. Şəkillərdə ulduzun ətrafında sıx toz örtüyü görünür ki, bu da onun aktiv şəkildə kütlə itirdiyini göstərir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı