veten informasiya agentliyi

Ölkə Alınan evin kvadratı çıxarışda az yazılıbsa, nə etməliyik? - AÇIQLAMA

Tarix:18-02-2026, 10:11
Baxış Sayı:55

Ölkə Alınan evin kvadratı çıxarışda az yazılıbsa, nə etməliyik? - AÇIQLAMA

Əksər hallarda vətəndaşlar mənzil alarkən ödəniş edilən evin kvadratı ilə çıxarışda göstərilən ölçü eyni olmur.

Mövzunu şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Mənzil Tikinti Kooperativləri (MTK) mənzili satarkən vətəndaşla alqı-satqı müqaviləsi bağladıqda ilkin qeydiyyat aparılır.

"Həmin sənəddə tikintialtı sahə də nəzərə alınır və mənzilin sahəsi daha böyük göstərilir. Lakin sonradan Dövlət Əmlak Reyestrində mənzilə çıxarış verilərkən daha az kvadratmetr qeyd olunur. Beləliklə, müqavilədə göstərilən sahə ilə çıxarışda əks olunan sahə arasında fərq yaranır. Bu problemin aradan qaldırılması məqsədilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dəfələrlə təklif edib ki, Dövlət Əmlak Reyestri Xidməti vahid yanaşma tətbiq etsin. Yəni ya mənzillərin yalnız daxili sahəsi sənədlərdə göstərilməli, ya da MTK-ların təqdim etdiyi kimi tikintialtı sahə də mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Mövcud çaşqınlığın aradan qaldırılmasının yeganə yolu standartlaşdırılmış qaydaların tətbiqidir. Müxtəlif yanaşmalar davam etdikcə problem də qalacaq".

Sədr qeyd edib ki, MTK-lar mənzilləri vətəndaşlara satarkən sahənin böyük göstərilməsində maraqlıdırlar.

"Bu halda 1 kvadratmetrin bazar dəyəri nisbətən aşağı görünür. Vətəndaş müqavilə və ödəniş sənədlərini çıxarış almaq üçün reyestrə təqdim etdikdə isə qurumun əməkdaşları ölçü işləri aparır və tikintialtı sahəni deyil, mənzilin daxili sahəsini əsas götürürlər. Eyvan sahələrinin isə yalnız üçdə bir hissəsi ümumi sahəyə əlavə edilir. MTK-lar isə mənzili təqdim edərkən eyvan sahələrini tam şəkildə hesablayır və müqavilədə göstərirlər. Bu səbəbdən Dövlət Əmlak Reyestri Xidmətinin yanaşması ilə MTK-ların təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq yaranır. Problemin həlli üçün ya reyestrdəki hesablamalar MTK-ların metodologiyası ilə eyniləşdirilməli, ya da tikinti şirkətləri qarşısında tələb qoyulmalıdır ki, vətəndaşlara yalnız daxili sahə satılsın

Əgər mənzilin sahəsinin düzgün hesablanmadığı düşünülürsə, vətəndaşın qiymətləndirici şirkətlərə müraciət etmək hüququ var. Müstəqil ölçü işləri aparıldıqdan sonra təqdim edilən hesabat əsasında məhkəməyə müraciət oluna bilər. Məhkəmə qərarı ilə mənzilin sahəsinə dair məlumatlarda dəyişiklik edilməsi mümkündür", - deyə o qeyd edib.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması" qaydalarına uyğun olaraq aparılmalıdır.

Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.
Soba və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.

Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanlar (verandalar) 1,0 azaltma əmsalına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı