veten informasiya agentliyi

Yardım adı altında görün nəyə əl atdılar - Əhaliyə xəbərdarlıq

Tarix:17-02-2026, 10:17
Baxış Sayı:64

 Yardım adı altında görün nəyə əl atdılar - Əhaliyə xəbərdarlıq

"Krediti, borcu olan yazsın, kömək edim...", "Ərzağa ehtiyacı olan yazsın, köməklik göstərim..." - son günlər sosial şəbəkələrdə, xüsusilə də "TikTok" platformasında bu cür elanlar paylaşan səhifələrin sayı artıb.
"WhatsApp" qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, "TikTok"da canlı yayım açan səhifəyə daxil olub və yardım üçün müraciət edib. Lakin daha sonra səhifənin əsl niyyətinin fərqli olduğunu anlayıb.
Turqay Həsənovun sözlərinə görə, qarşı tərəf ondan bütün şəxsi məlumatları aldıqdan sonra nömrəni bloklayıb.
Biz də həmin səhifədə qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta bəzi nömrələrin söndürülmüş olduğu məlum olub.
Səhifədə yayımlanan videolara yazılan şərhlərdən isə bu şəxslərin qurbanı olanların sayının kifayət qədər çox olduğu aydın görünür.
Ekspertlər vətəndaşları hər hansı bank kartı və ya şəxsi məlumatlarını paylaşarkən daha diqqətli olmağa çağırırlar. Onlar tanımadıqları şəxslərə şəxsi və maliyyə məlumatlarının verilməməsini tövsiyə edirlər.

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu