veten informasiya agentliyi

Ekspertdən qızıl investorlarına xəbərdarlıq: "Sizi soyub-talan edəcəklər"

Tarix:16-02-2026, 08:35
Baxış Sayı:60

Ekspertdən qızıl investorlarına xəbərdarlıq: "Sizi soyub-talan edəcəklər"

Qızıl və pul bazarları üzrə ekspert İslam Memiş 2026-cı ilin "manipulyasiya ili" olacağını bəyan edib. O, kreditlə və ya leverec əməliyyatlarla sərvət qazanmaq istəyənlərin hər ay yeni bir tələyə düşə biləcəyi barədə sərt xəbərdarlıq edib. Memişin fikrincə, bu il pul qazanmaq deyil, mövcud varidatı qorumaq ilidir.
Son həftələrdə qızılın qiyməti kəskin düşsə də, yenidən toparlanaraq 7 min TL həddini (Türkiyə bazarı üçün) keçib. Lakin Memiş bildirir ki, qızıl və gümüş bu ilin ən çox qazandıranı ("çempionu") olmayacaq. Xüsusilə gümüş investorlarını ehtiyatlı olmağa çağıraraq, yanvar ayında "şarın partlayacağı" barədə verdiyi xəbərdarlığı xatırladıb.
Bazarlardakı sürətli enişlərə diqqət çəkən ekspert, gümüşün cəmi 2 saat ərzində dəyərinin 10%-ni itirdiyini nümunə gətirərək, bazarların nə qədər qeyri-sabit olduğunu vurğulayıb.
İslam Memiş "leverec" sistemini (məsələn, 1.000 dollar qoyub 10.000 dollarlıq əməliyyat etmək) "zər atmağa" bənzədib:
"Əgər bu il qısa müddətli, kreditli və ya leverec əməliyyatlarla zəngin olmaq istəsəniz, imzamı ataram ki, müflis olacaqsınız. Sizi çatır-çatır soyacaqlar."
Əlində fiziki qızıl olan investorlara müraciət edən Memiş bildirib ki, nağd pula təcili ehtiyac yoxdursa, satış edilməməlidir.
Qızıl və gümüş satılmaq üçün deyil, barter (məsələn, ev və ya maşın almaq üçün) edilmək üçündür. Əgər konkret bir mülk almayacaqsınızsa, qızılı satıb nağd pulda gözləmək bu il böyük riskdir. (Milli.Az)

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu