veten informasiya agentliyi

Yol polisi sürücülərə təhlükəsizlik tədbirləri ilə bağlı müraciət etdi

Tarix:14-02-2026, 10:31
Baxış Sayı:71

Yol polisi sürücülərə təhlükəsizlik tədbirləri ilə bağlı müraciət etdi

Şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axınının artması səbəbindən Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərdən əvvəl təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir.
Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir”, - deyə məlumatda bildirilir.

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu