veten informasiya agentliyi

Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”

Tarix:13-02-2026, 09:08
Baxış Sayı:71

Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”

Son günlər Bakının Nərimanov rayonunda baş verən hadisələr Azərbaycanın biznes mühiti, xüsusən də illərdir ölkəmizə investisiya yatıran türk iş adamlarının qarşılaşdığı acınacaqlı mənzərəni yenidən gündəmə gətirdi.
Yenixeber.org: “Okuklu Holding”in rəhbəri Yılmaz Okukluya qarşı edilən hücum və ətrafında yaradılan süni gərginlik, əslində bir şirkətin “Kristal”ın öz inhisarçı ambisiyaları naminə nələrə qadir olduğunun göstəricisidir.
İddialar və yayılan görüntülər təsdiq edir ki, hadisələrin mərkəzində “Kristal”ın öz qonşuluğundakı qanuni mülkiyyət sahiblərinə qarşı sərgilədiyi aqressiv davranış dayanır. Türk iş adamına məxsus ərazinin faktiki olaraq mühasirəyə alınması, iş fəaliyyətinə maneələr törədilməsi və ən piki – fiziki qarşıdurma həddinə çatdırılması “Kristal”ın iş metodologiyasının bir hissəsi kimi görünür.
Niyə illərdir Azərbaycan iqtisadiyyatına töhfə verən, yüzlərlə iş yeri açan bir türk iş adamı öz mülkündə “Kristal”ın göndərdiyi qruplar tərəfindən təhdid edilməlidir? Hadisənin dərhal ardından bəzi media resurslarında “Okuklu Holding”in qanunsuz tikinti apardığına dair xəbərlərin tirajlanması diqqətdən yayınmır. Bu, klassik bir manipulyasiyadır: Həm hücum et, həm də qarşı tərəfi günahkar çıxar.
Yılmaz Okukluya qarşı edilən bu təzyiqlər, onun sahib olduğu strateji ərazini ələ keçirmək və ya onu bazardan sıxışdırıb çıxarmaq cəhdi kimi dəyərləndirilməlidir. Məqsəd isə Türk investorunu bezdirərək geri çəkilməyə məcbur etməkdir. “Kristal” kimi iri tikinti nəhənglərinin kiçik və orta miqyaslı xarici investorları “udmaq” siyasəti Azərbaycan-Türkiyə qardaşlıq və biznes münasibətlərinin ruhuna tamamilə ziddir.
“Kristal” şirkətinin sahibi deputat Ağalar Vəliyevdir. Onun Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olması, əslində mövcud reallıqla daban-dabana ziddiyyət təşkil edən bir mənzərədir. Belə çıxır ki, Ağalar Vəliyev üçün dostluq qrupu üzvlüyü strateji bir maraq alətidir, reallıqda isə onun fəaliyyəti Azərbaycan-Türkiyə iqtisadi birliyinə xidmət etmək deyil, şəxsi mənfəəti naminə bu birliyə zərbə vurmaqdan ibarətdir.
“Kristal”ın bu özbaşınalığına sadəcə bir şirkət davası kimi baxmaq olmaz. Bu, Azərbaycanın biznes reputasiyasına vurulan ağır zərbədir. Aidiyyatı qurumlar “Kristal”ın bu dominant və qanunsuz müdaxilələrinə dur deməli, türk iş adamı Yılmaz Okukluya qarşı törədilən zorakılıq hüquqi müstəvidə ən sərt şəkildə cəzalandırılmalıdır. İnvestor qorunmalıdır, “Kristal”ın ambisiyalarına qurban verilməməlidir!/afn.az/

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu