veten informasiya agentliyi

Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər

Tarix:13-02-2026, 08:57
Baxış Sayı:84

Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər


"20 Yanvar" və "Şamaxinka" istiqamətində nəzərdə tutulan tunel və digər yol layihələri Bakı şəhərində nəqliyyat sıxlığının azaldılmasına xidmət edir.
Bu layihələr 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 25 yol infrastrukturu layihəsi icra olunur. Onlardan dördündə tikinti işlərinə artıq başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.
Pirşağı layihəsi - yeni nəqliyyat arteriyası
Əsas layihələrdən biri Pirşağı istiqamətində həyata keçirilir. Bu yol Bakı-Quba-Rusiya sərhədi magistralını Bakı-Şamaxı-Yevlax yolu ilə birləşdirəcək və Abşeron yarımadasında yeni nəqliyyat bağlantısı yaradacaq. Layihə çərçivəsində dəmir yolunun altından tunel inşa olunur. Bu, sürücülərə Bakı şəhərinə daxil olmadan şimal və şimal-qərb istiqamətlərində rahat hərəkət imkanı verəcək.
Ümumilikdə layihə çərçivəsində yollar, körpülər, üç tunel və bir sıra piyada keçidləri tikilir.
Koroğlu-Həsən Əliyev yolu
Digər iri layihə Koroğlu-Həsən Əliyev istiqamətində həyata keçirilir. Müzəffər Nərimanov küçəsindən başlayaraq Həsən Əliyev küçəsinə qədər uzanan, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel yeni prospekt yaradılır.
Uzunluğu 4 kilometr olan yol 6 hərəkət zolağından ibarət olacaq. Onun 2 kilometrlik hissəsi tunellərdən ibarətdir. Layihə çərçivəsində 4 tunel və 3 yeraltı piyada keçidi tikilir. İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Bu yol "Nərimanov", "Gənclik" və "Koroğlu" ərazilərindəki sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.
8 Noyabr-Babək-Heydər Əliyev prospekti bağlantısı
Yeni başlanmış layihələrdən biri də "8 Noyabr" prospektini Babək və Heydər Əliyev prospektləri ilə birləşdirəcək. Tunel vasitəsilə Babək prospektinin və dəmir yolunun altından keçid təmin ediləcək və birbaşa Heydər Əliyev prospektinə çıxış yaradılacaq. Bu da, xüsusilə, həmin istiqamətdə tıxacların azalmasına kömək edəcək.
Ümumilikdə həyata keçirilən layihələr tunellərin, körpülərin, yolötürücülərin və alternativ yol bağlantılarının tikintisini əhatə edir. Məqsəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu kompleks şəkildə yeniləmək və sürücülər üçün daha rahat hərəkət şəraiti yaratmaqdır.

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu