veten informasiya agentliyi

Ay enişinin orijinal görüntüləri niyə məhv edilib?

Tarix:13-02-2026, 08:51
Baxış Sayı:73

Ay enişinin orijinal görüntüləri niyə məhv edilib?


Kosmik tədqiqatların tarixi haqqında videolar hazırlayan bloger Tim Dodd (Everyday Astronaut), "Apollo-11" missiyasının orijinal çəkilişlərinin taleyi ilə bağlı maraqlı faktları açıqlayıb.
Bu məsələ uzun illərdir konspiroloqlar (sui-qəsd nəzəriyyəçiləri) tərəfindən NASA-nın nəyisə gizlətdiyi və ya Ayda heç vaxt olmadığı iddiası üçün istifadə edilirdi.
Tim Doddun araşdırmasına görə, hadisələrin əsl səbəbi daha çox texniki və bürokratikdir:
İkiqat yayım sistemi:
Ay missiyası zamanı siqnal iki yerə bölünürdü. Birinci axın birbaşa canlı yayım üçün televiziyalara ötürülürdü, ikinci axın isə 30 sm enində olan xüsusi maqnit lentlərə yüksək keyfiyyətlə yazılırdı.
Lent qıtlığı və səhv:
1970-ci və 80-ci illərdə NASA ciddi maqnit lenti çatışmazlığı ilə üzləşmişdi. Arxivdəki yüz minlərlə kaset, xərclərə qənaət məqsədilə yenidən istifadə üçün silinib. Təəssüf ki, bu kütləvi təmizlik zamanı "Apollo-11" missiyasının orijinal, yüksək keyfiyyətli qeydləri olan kasetlər də səhvən silinərək üzərinə yeni məlumatlar yazılıb. Bu vəziyyət NASA-nın orijinal qeydləri bir səbəbdən məhv etdiyinə dair sui-qəsd nəzəriyyələrinə səbəb olub. Məhz bu səbəbdən konspiroloqlar NASA-nın qeyri-adi kəşfləri və ya Aya enişin heç vaxt baş verməməsi faktını ört-basdır etdiyinə inanırlar.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu