veten informasiya agentliyi

Sahibkarlıq üzrə yoxlamaların dayandırılması müddəti bir il uzadıla bilər

Tarix:4-02-2026, 17:17
Baxış Sayı:84

Sahibkarlıq üzrə yoxlamaların dayandırılması müddəti bir il uzadıla bilər


Azərbaycanda sahibkarlıq fəaliyyətinə dair yoxlamaların dayandırılması müddəti bir il daha uzadıla bilər. Bu barədə qanuna müvafiq dəyişiklik təklif olunub.
Qanunvericiliyə əsasən, 2015-ci ildən başlayaraq sahibkarlıq subyektlərinə qarşı yoxlamalar müəyyən müddətə dayandırılıb. Lakin bu müddət ərzində bəzi sahələr yoxlamaların əhatə dairəsindən çıxıb.
İqtisadçı Xalid Kərimli hesab edir ki, yoxlamaların azaldılması sahibkarlar üçün əhəmiyyətlidir: "İnzibati təzyiqin azalması biznes mühitində proqnozlaşdırmanı asanlaşdırır, sahibkarlar fəaliyyətlərini daha rahat planlaşdıra bilirlər. Bununla yanaşı, psixoloji yük də azalır və kölgə iqtisadiyyatının azaldılmasına da müsbət təsir göstərir".
Eyni zamanda, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, yoxlamaların məhdudlaşdırılması bəzi hallarda istehlakçı hüquqlarının pozulmasına gətirib çıxara bilər: "Müşahidələr göstərir ki, yoxlamaların olmaması bəzi şirkətlər üçün toxunulmazlıq şəraiti yaradır. Bu zaman standartlara uyğun olmayan və təhlükəli məhsullar satışa çıxarılır ki, bu da yolverilməzdir".

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı