veten informasiya agentliyi

Günəşdəki partlayışın Yer üçün təhlükəsi var?

Tarix:3-02-2026, 10:49
Baxış Sayı:77

 Günəşdəki partlayışın Yer üçün təhlükəsi var?

Günəşdə X sinifli güclü alışma müşahidə olunub.
Məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.
Laboratoriyanın açıqlamasına görə, alışma Bakı vaxtı ilə saat 03:57-də pik nöqtəyə çatıb və Günəşin 4366 nömrəli aktiv bölgəsində baş verib. Alışma zamanı bu bölgə Günəş-Yer xəttindən təxminən 35 dərəcə aralıda yerləşib.
Astronomlar vurğulayıb ki, bu mövqedən birbaşa Yerə zərbə ehtimalı yoxdur. Mövcud yan təsirlərin olub-olmaması yalnız bir neçə saat sonra dəqiqləşəcək.
Məlumatda bildirilir ki, bu hadisə indiki Günəş dövründə gücə görə üçüncü sıradadır.
Qeyd edək ki, fevralın 1-də də Günəşdə yüksək sinifli alışma baş verib. O zaman hadisənin pik nöqtəsi Bakı vaxtı ilə saat 15:33-də qeydə alınıb. Laboratoriyanın açıqlamasına görə, yaxın günlərdə yenidən güclü hadisələrin baş verməsi mümkündür. Həmçinin vurğulanıb ki, həmin alışmanın Yerə ciddi təsir göstərməsi gözlənilmir, çünki aktiv bölgə Günəş-Yer xəttindən kənarda yerləşir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş