veten informasiya agentliyi

Alimlər depressiya ilə mübarizə üçün nə tövsiyə edirlər?

Tarix:2-02-2026, 10:10
Baxış Sayı:67

Alimlər depressiya ilə mübarizə üçün nə tövsiyə edirlər?

Son dövrlər psixi sağlamlıqla bağlı aparılan araşdırmalar antidepressantlara alternativ yanaşmaları ön plana çıxarır.
Alimlərin son tədqiqatına əsasən, düzgün dozada qəbul edilən vitamin D və Omega-3 yağ turşuları bəzi hallarda depressiv əlamətlərin azalmasında klassik dərmanlardan geri qalmır.
Araşdırmada qeyd olunur ki, xüsusilə orqanizmində vitamin D çatışmazlığı olan insanlarda bu vitaminin əhval-ruhiyyəyə təsiri daha güclü hiss olunur. Mütəxəssislər bildirirlər ki, vitamin D səviyyəsinin normallaşması enerji artımı, motivasiyanın yüksəlməsi və depressiya əlamətlərinin zəifləməsi ilə müşayiət oluna bilər.
Omega-3 yağ turşuları isə “beynin yanacağı” kimi xarakterizə olunur. Bu maddələr neyronlar arasında əlaqəni gücləndirir, serotonin və dopamin kimi “əhval hormonları”nın sintezini dəstəkləyir. Nəticədə insan özünü daha sakit, balanslı və psixoloji baxımdan stabil hiss edir.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, vitamin D və Omega-3-ün əlavə üstünlükləri də var: onlar narahatlıq səviyyəsini azalda, yuxu keyfiyyətini yaxşılaşdıra və immun sistemi gücləndirə bilər. Ən vacib məqamlardan biri isə bu maddələrin asılılıq yaratmaması və qəbul dayandırıldıqda kəskin mənfi təsirlərin müşahidə olunmamasıdır.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, istər vitamin, istərsə də hər hansı preparat həkim məsləhəti olmadan qəbul edilməməlidir. Hər bir müalicə fərdi yanaşma tələb edir.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi