veten informasiya agentliyi

Bu xəstəliyi olanlar əsgər aparılmır

Tarix:1-02-2026, 12:42
Baxış Sayı:66

Bu xəstəliyi olanlar əsgər aparılmır

Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyəti "Xəstəliklər cədvəli" əsasında qiymətləndirilir və onurğa əyrilikləri üzrə hərbi xidmətə yararlılıq əyriliyin dərəcəsinə, struktur xüsusiyyətlərinə və funksional pozuntu yaradıb-yaratmamasına görə müəyyən olunur.

I dərəcəli skoliozu olan şəxslər (Kobb bucağı 10 dərəcəyədək), eləcə də I və II dərəcəli kifozu olanlar (Kobb bucağı 50 dərəcəyədək) hərbi xidmətə yararlı hesab edilir. Uzanmış vəziyyətdə və ya başın dartılması zamanı düzələn, fəqərələrin rotasiyası olmayan qeyri-struktur (qamət) skoliozu da hərbi xidmətə maneə sayılmır.

II dərəcəli skolioz (11-25 dərəcə) ağrı sindromu və funksional pozuntu ilə müşayiət olunduqda şəxslər hərbi xidmətə məhdud yararlı hesab olunur. III dərəcəli skolioz (26-50 dərəcə) və döş qəfəsinin ifadə olunmuş deformasiyası olan hallar isə adətən hərbi xidmətə yararsız və ya məhdud yararlı kimi qiymətləndirilir. IV dərəcəli skolioz (50 dərəcədən çox), ağır deformasiya, tənəffüs çatışmazlığı və davamlı ağrı sindromu ilə müşayiət edildikdə şəxs hərbi xidmətə tam yararsız sayılır.

Funksional pozuntu yaratmayan, simptomsuz keçən və yalnız rentgen müayinədə aşkar edilən yüngül onurğa dəyişiklikləri, o cümlədən Şmorl yırtığı hərbi xidmətə çağırış üçün maneə hesab edilmir. Onurğa əyriliyi ilə bağlı yekun qərar yalnız əyrilik bucağına deyil, kliniki əlamətlərə, ağrı sindromunun davamlılığına və onurğanın funksional vəziyyətinə əsasən verilir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı