veten informasiya agentliyi

“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?

Tarix:31-01-2026, 11:20
Baxış Sayı:95

“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?

Nüfuzlu “Goal.com” portalı 2026-cı ildə “Qızıl top”u qazanmağa əsas namizədlərin yenilənmiş reytinqini təqdim edib.

Mövsüm ekvatoru keçdiyi üçün mübarizə daha da kəskinləşib və Avropanın aparıcı futbolçuları pik formaya çatıb.

Yenilənmiş məlumatlara görə, hazırda mükafatın əsas favoritləri Harri Keyn (Bavariya) və Kilian Mbappe (Real) hesab olunur. İngilis hücumçu Bundesliqa və Çempionlar Liqasında fenomenal məhsuldarlıq nümayiş etdirməyə davam edir və bu, onu dünyanın ən stabil futbolçularından birinə çevirir.

Eyni zamanda, “kral klubu”nun hücum xəttində əsas fiqur olan Mbappe də qolları və oyuna təsiri sayəsində siyahının zirvəsində mövqeyini möhkəmləndirib. Reytinqdə “Barselona”nın vingeri Rafinyaya da xüsusi diqqət ayrılıb.

Braziliyalı futbolçu son dövrlər möhtəşəm forma yığıb və klubunun liderlərindən birinə çevrilib. Onun məhsuldar çıxışı və parlaq oyunu namizədlər siyahısında mövqeyini xeyli yaxşılaşdırmasına və elit namizədlər sırasına daxil olmasına imkan verib.

“Top onluq”da həmçinin Erlinq Haaland (Mançester Siti) və “Barselona”nın gənc istedadı Lamin Yamal da yer alır. Onlar yüksək səviyyəli oyun nümayiş etdirməyə davam edirlər.

1. Harri Keyn

2. Kilian Mbappe

3. Erlinq Haaland

4. Lamin Yamal

5. Maykl Olise

6. Vitinya

7. Deklan Rays

8. Luis Dias

9. Rafinya

10. Lionel Messi

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı