veten informasiya agentliyi

Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR

Tarix:29-01-2026, 18:09
Baxış Sayı:76

Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 29-da Mingəçevirə səfər çərçivəsində Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşüb.

"Unikal" xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil edilən və səmimi dialoq formatında keçən görüşdə bir qrup gənc müəllim, məktəb direktoru və müavinləri, tərbiyəçi müəllimlər iştirak ediblər. Görüş zamanı təhsil müəssisələrində tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və məktəb idarəçiliyində səmərəliliyin artırılması məsələləri geniş müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev görüşdə müəllimin yalnız fənn biliklərini ötürən şəxs deyil, eyni zamanda yaxşı metodist, düzgün istiqamət verən və şagirdi düşünməyə təşviq edən pedaqoq olmasının vacibliyini vurğulayıb. Nazir şagird–müəllim münasibətlərinə də toxunaraq bildirib ki, qarşılıqlı etimad və hörmət üzərində qurulan münasibət təlim nəticələrinə birbaşa təsir göstərir.

Görüşdə dərsliklərin məzmunu və tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilib. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklər, dərs yükü, metodiki dəstək, qiymətləndirmə mexanizmləri, dərsliklərlə bağlı təkliflər, həmçinin şagirdlərin oxu bacarıqlarının inkişafı ilə bağlı suallar səsləndiriblər. Nazir bütün sual və təklifləri diqqətlə dinləyib, mövcud islahatlar, planlaşdırılan yeniliklər və praktik yanaşmalar barədə ətraflı məlumat verib.

Məktəb direktorları da öz növbəsində idarəetmədə qarşılaşdıqları məsələlər, məktəbdaxili monitorinq, müəllimlərlə iş və valideynlərlə əməkdaşlıq mövzusunda fikirlərini bölüşüblər.

Görüş zamanı nazir məktəb rəhbərlərinin təşəbbüskarlığının və məsuliyyətinin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edib.

Sonda Emin Əmrullayev bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq müəllim və direktorların səsləndirdiyi təkliflərin nəzərə alınacağını bildirib, gənc pedaqoji heyəti qarşıdan gələn 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Nazir təhsildə keyfiyyətin yüksəldilməsinin yalnız birgə əməkdaşlıq və ardıcıl fəaliyyətlə mümkün olduğunu qeyd edib.
Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR
Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR
Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR
Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR
Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR
Nazir Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşdü - FOTOLAR

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı