veten informasiya agentliyi

Ərdoğan ölən erməni əsgərlərinin ailələrinə 10 milyon dollar ayırıb? - Türkiyə bəyanat yaydı

Tarix:27-01-2026, 11:02
Baxış Sayı:88

Ərdoğan ölən erməni əsgərlərinin ailələrinə 10 milyon dollar ayırıb? - Türkiyə bəyanat yaydı

Bəzi media orqanlarında və sosial media platformalarında yayılan "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda ölən əsgərlərin ailələrinə və cəmiyyətdə ehtiyacı olanlara 10 milyon dollarlıq maliyyə yardımı ayırmaq barədə fərman imzalayıb" iddiaları tamamilə əsassızdır.

Bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəyanat yayıb.

Bəyanatda ictimaiyyətə Türkiyəni və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara inanmamaq və yalnız rəsmi orqanların verdiyi açıqlamaları nəzərə almaq tövsiyə olunub.

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç iki ölkə arasındakı qardaşlıq münasibətlərini hədəfə alan bu tipli xəbərləri tənqid edib.

Onun sözlərinə görə, bu əməllər Azərbaycan və Türkiyə münasibətlərinin pozulmasına yönəlmiş xain planın bir parçasıdır:

"Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq poladdandır və başqa heç bir ölkə və ya güc buna zərər verə bilməz. Bu qardaşlığa zərər vermək istəyən bəzi qüvvələr bu tipli dezinformasiyalar yayırlar. Bunlar tamamilə yalan xəbərlərdir və etibar edilməməlidir. Paxıllıq edənlər isə, öz mənfur hərəkətlətinə davam edəcəklər".

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı