veten informasiya agentliyi

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə anım tədbirləri təşkil olunub

Tarix:23-01-2026, 18:05
Baxış Sayı:66

Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə anım tədbirləri təşkil olunub.
Tədbirlərin əsas məqsədi 1990-cı ilin 20 Yanvar faciəsinin tarixi və siyasi mahiyyətini şagirdlərə aşılamaq, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, gənc nəslin vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərə bağlılığını və azadlıq ideallarına sədaqət hisslərini gücləndirmək olub.
Tədbirlər çərçivəsində təhsil müəssisələrində sinifdaxili maarifləndirici söhbətlər, açıq dərslər, dəyirmi masalar, anım mərasimləri keçirilib. Eyni zamanda pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə Şəhidlər xiyabanına ziyarətlər təşkil olunub, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların məzarları önünə gül dəstələri düzülüb.
Anım tədbirlərində qeyd edilib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixində milli azadlıq mübarizəsinin dönüş nöqtəsi, xalqımızın istiqlal iradəsinin təzahürü kimi xüsusi yer tutur. Üzərindən 36 il keçməsinə baxmayaraq, bu faciəli gün xalqımızın azadlıq naminə göstərdiyi fədakarlığın, milli birlik və həmrəyliyin simvolu olaraq yaddaşlarda yaşayır.
Tədbirlər zamanı 20 Yanvar hadisələrinin gənc nəslə düzgün və dolğun şəkildə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.
Anım proqramları çərçivəsində şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda hazırlanmış ədəbi-bədii kompozisiyalar, səhnəciklər və təqdimatlarla çıxış ediblər. Şagirdlərin çıxışlarında Vətən sevgisi, şəhidlik zirvəsinin ucalığı, azadlığın dəyəri və müstəqil Azərbaycan ideyası əsas xətt kimi ön plana çəkilib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı