veten informasiya agentliyi

Nəsimidə tikinti qadağası kağız üzərində qalır? -Rayon icrası Bakı merinin qərarını niyə görməzdən gəlir

Tarix:23-01-2026, 10:43
Baxış Sayı:68

Nəsimidə tikinti qadağası kağız üzərində qalır? -Rayon icrası Bakı merinin qərarını niyə görməzdən gəlir

Bakı şəhərində son illər nizamsız tikintilərin qarşısının alınması məqsədilə paytaxt üzrə bir sıra ərazilərdə tikintilərə məhdudiyyətlər tətbiq edilsə də, görünən odur ki, bu qadağalar bəzi rayonlarda formal xarakter daşıyır. Xüsusilə Nəsimi rayonu ərazisində aparılan tikintilər ictimaiyyətdə ciddi suallar doğurur.

Yenixeber.org: Məsələ Ənvər Qasımzadə küçəsi 15 ünvanında aparılan tikinti ilə bağlıdır. Ərazidə yerləşdirilmiş rəsmi məlumat lövhəsində göstərilir ki, söhbət 1 mərtəbəli, zirzəmisi olan qeyri-yaşayış obyektinin tikintisindən gedir. Lövhəyə əsasən, tikintinin sifarişçisi “İNAM-V” MMC, layihəçisi “M-ARCH GROUP” MMC, podratçısı isə “BOLLUC” İstehlak Kooperatividir.

Diqqət çəkən əsas məqamlardan biri odur ki, məlumat lövhəsində tikintiyə icazənin 13 iyun 2025-ci il tarixində verildiyi, tikintinin isə 1 dekabr 2025-ci ildə başladığı qeyd olunub. Halbuki Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən paytaxt üzrə tikintilərlə bağlı tətbiq edilən məhdudiyyətlər fonunda bu icazənin hansı hüquqi əsaslarla qüvvədə saxlanılması suallar doğurur.

Məsələ təkcə icazə ilə də bitmir. Tikintinin aparıldığı ərazidə kütləvi ağacların məhv edilməsi ilə bağlı da yerli sakinlər narazılıq edirlər. Sakinlərin bildirdiyinə görə, tikinti işlərinə başlanmazdan əvvəl ərazidə mövcud olan bir sıra yaşıllıq zolaqları və ağaclar müxtəlif üsullarla sıradan çıxarılıb. Bu isə ekoloji tarazlığın pozulması ilə yanaşı, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ehtimalını gündəmə gətirir.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, yaşıllıqların məhv edilməsi yalnız aidiyyəti icra strukturlarının rəsmi razılığı və kompensasiya mexanizmləri əsasında mümkündür. Lakin sakinlər iddia edirlər ki, nə onlara əvvəlcədən məlumat verilib, nə də ərazidə ağacların köçürülməsi və ya bərpası ilə bağlı hər hansı lövhə və ya açıqlama təqdim olunub.
Ən çox müzakirə olunan məqamlardan biri isə Nəsimi rayonu ərazisində tikintilərə nəzarətin faktiki olaraq müəyyən şəxslərin “xeyir-duası” ilə həyata keçirildiyi barədə iddialardır. Məlumatlara görə, rayon ərazisində bir çox tikinti prosesləri Nəsimi rayon İcra Hakimiyyətində tikintilərə nəzarətə cavabdeh olan Zahid Xəlilovun razılığı olmadan mümkün deyil. Bu iddialar isə dövlət idarəçiliyində şəffaflıq prinsipinə ziddir.

Ortaya ciddi suallar çıxır:
???? Əgər Bakı şəhər üzrə tikintiyə qadağa qüvvədədirsə, bu obyekt hansı əsasla inşa olunur?
???? Rayon icra hakimiyyətinin müavini Bakı şəhər merinin rəsmi tapşırıqlarını hansı səlahiyyətlə nəzərə almır?
???? Ağacların məhv edilməsi ilə bağlı müvafiq icazələr mövcuddurmu, yoxsa ekoloji qanunvericilik də pozulub?

Ekspertlərin fikrincə, əgər şəhər üzrə rəsmi tikinti məhdudiyyəti varsa, bu qadağa bütün rayon icra hakimiyyətləri üçün məcburidir. Eyni zamanda yaşıllıqların qanunsuz məhv edilməsi inzibati məsuliyyətlə yanaşı, müəyyən hallarda cinayət məsuliyyəti də yarada bilər.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Nəsimi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğular ünvanlanıb. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.(Bakunews.az)

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı