veten informasiya agentliyi

İbrahim Cəfərov 70 illik yubileyində AMEA-nın döş nişanı ilə təltif edildi

Tarix:21-01-2026, 20:43
Baxış Sayı:111

İbrahim Cəfərov 70 illik yubileyində AMEA-nın döş nişanı ilə təltif edildi

İbrahim Cəfərovun anadan olmasının 70 illik yubileyi münasibətilə və uzun illər ərzində apardığı səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə o, “AMEA-nın döş nişanı” ilə təltif olunub. Təltif mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, İbrahim Cəfərovun Azərbaycan aqrar elminin inkişafındakı misilsiz xidmətlərini xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, İbrahim Cəfərov həm yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik nüfuzlu alim, həm də elm və təhsilin inkişafına verdiyi sanballı töhfələrlə ölkəmizdə aqrar sahənin müasirləşdirilməsi və elmi potensialının artırılması işində əvəzsiz rol oynayıb. Onun rəhbərliyi altında həyata keçirilən elmi-tədqiqat işləri və təşkilati fəaliyyət Azərbaycan elminin yüksəlməsində mühüm əhəmiyyətə malikdir.
Bu təltif həm də İbrahim Cəfərovun akademik fəaliyyətinin ölkə elminə və cəmiyyətə göstərdiyi davamlı dəstəyin, elmi məktəbin formalaşmasındakı rolunun və gələcək nəsillərə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi kimi qəbul edilir.

İbrahim Cəfərov 70 illik yubileyində AMEA-nın döş nişanı ilə təltif edildi
İbrahim Cəfərov 70 illik yubileyində AMEA-nın döş nişanı ilə təltif edildi
İbrahim Cəfərov 70 illik yubileyində AMEA-nın döş nişanı ilə təltif edildi

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu