veten informasiya agentliyi

Xətai rayon İCRA HAKİMİYYƏTİ "moyka" biznesindən nə qazanır? -FOTOLAR

Tarix:16-01-2026, 10:31
Baxış Sayı:83

Xətai rayon İCRA HAKİMİYYƏTİ "moyka" biznesindən nə qazanır? -FOTOLAR


Paytaxt Bakının əsas rayonlarından biri olan Xətai rayonunda son illər baş verənlər sakinlərin ciddi narazılığına səbəb olub. Rayonun mərkəzi və məhəllə daxili küçələrində sürətlə artan avtomobil yuma məntəqələri – “moykalar” artıq adi məişət problemini çoxdan keçərək ictimai narahatlıq mənbəyinə çevrilib.
Rayon sakinləri bildirirlər ki, demək olar hər küçədə 2-3 moyka fəaliyyət göstərir. Gün ərzində fasiləsiz işləyən bu obyektlər səbəbindən küçələr daim suyun içində qalır, yuma növbəsində dayanan avtomobillər yolları bağlayır, piyadaların və digər sürücülərin hərəkəti iflic vəziyyətinə düşür.
Sakinlərin sözlərinə görə, bəzi küçələrdə vəziyyət o həddə çatıb ki, təcili yardım və digər xidmət maşınlarının belə hərəkəti çətinləşir.
Belə ki, Bizimesr.az olaraq məsələni araşdırmağa çalışdıq. Araşdırmalar zamanı məlum oldu ki, Xətai rayonunda yüzlərlə avtomobil yuma məntəqəsi fəaliyyət göstərir. Onların böyük əksəriyyəti əsas yol kənarlarında və məhəllə arası dar küçələrdə yerləşir.

Ən diqqətçəkən məqam isə texniki və şəhərsalma qaydalarına əməl olunmamasıdır. Kanalizasiya, su axıdılması, yol örtüyünün qorunması kimi tələblər demək olar ki, hamsında eynidir və açıq şəkildə pozulur. Buna baxmayaraq, bu obyektlərin necə və hansı əsasla fəaliyyət göstərməsi də sual doğurur.

Moykalar necə “işləyir”?

Araşdırmalar zamanı əldə etdiyimiz məlumatlara görə, Xətai rayonunda fəaliyyət göstərən moykaların əksəriyyəti rəsmi icazə sənədləri olmadan işləyir. Buna baxmayaraq, onlar rayon icra hakimiyyəti ilə “razılaşdırılmış” formada fəaliyyət göstərirlər.

Moykası olan və ya yeni moyka açmaq istəyən şəxslər rayon icra hakimiyyətində çalışan, icra başçısı Rafiq Quliyevin yaxın adamı kimi tanınan Anar adlı şəxslə razılığa gəlməlidir. İddia olunur ki, son illər xüsusilə “50 qəpik” kimi tanınan ucuz avtomobil yuma məntəqələrinə üstünlük verilir. Bu tip moykaların fəaliyyətə başlaması üçün 5-10 min manat arası "icazə" üçün mövcuddur.
Nəticədə ortaya acınacaqlı mənzərə çıxır. Küçələri su içində saxlayan, yolları sıradan çıxaran, insanlara gündəlik narahatlıq yaradan bu moykalardan müəyyən şəxslər qazanc əldə etsə də, əziyyəti rayon sakinləri çəkir, ziyan isə dövlətin yol infrastrukturuna dəyir. Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara, rayon icra hakimiyyətinə müraciət etsələr də, real nəticə yoxdur. Əksinə, problemlər ildən-ilə daha da dərinləşir.

Şəhərsalma və texniki normalara cavab verməyən bu obyektlər necə fəaliyyət göstərir?

Yerli icra və özünüidarəetmə qurumları bu proseslərdən xəbərsizdirmi?
Dövlət yollarının sıradan çıxmasına kim cavabdehdir?
Bizimesr.az olaraq mövzunu diqqətdə saxlayırıq.
Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.(bizimesr.az)

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu