veten informasiya agentliyi

Binəqədi–Novxanı yolunda neft buruqları ərazisində tikintiyə hansı məmur icazə verib?

Tarix:15-01-2026, 10:54
Baxış Sayı:86

Binəqədi–Novxanı yolunda neft buruqları ərazisində tikintiyə hansı məmur icazə verib?


Novxanı yolunda aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narahatlıq doğurur.

Yol kənarında, neft pompalarının yaxınlığında heç bir məlumat lövhəsi, icazə sənədi olmadan sürətlə ucaldılan tikililər bir sualı gündəmə gətirir: Bu özbaşınalığa kim icazə verib və aidiyyəti qurumlar niyə susur?

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, hər bir tikinti işi müvafiq icra hakimiyyəti orqanlarının razılığı və rəsmi sənədlər əsasında aparılmalıdır.

Lakin Binəqədi–Novxanı yolunda (dəyirman yolu)gedən tikinti prosesində bu tələblərin heç birinə əməl olunmadığı iddia edilir.

XALQ xəbər verir ki, nə ərazidə ictimai məlumatlandırma lövhəsi var, nə də təhlükəsizlik normalarına riayət edilir.

İşlək neft buruqları yaxınlığında tikintilər kim himayədarlıq edir. Maklerlər ev inşa edib satışını həyata keçirirlər.

Sual olunur: Binəqədi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN-İ eləcə də digər nəzarət orqanları bu tikintidən xəbərsizdir, yoxsa xəbərdar olub göz yumurlar?

Əgər xəbərsizdirlərsə, nəzarət mexanizmləri niyə işləmir? Əgər xəbərdardırlar və tədbir görülmürsə, bu, artıq himayədarlıq şübhələrini yaradır.

Cəmiyyətdə isə belə qanunsuz tikililər narazılıq yaranır. Qanunsuz tikintilər kimlərin maraqlarına xidmət edir və bu maraqlar qanundan üstün tutulurmu?

Aidiyyəti qurumlar məsələyə aydınlıq gətirməli, qanunsuz tikintinin dərhal dayandırılması və qanunsuz tikintiyə icazə verən şəxslərin cəzalandırılması üçün addımlar atmalıdır.

Məsələ ilə bağlı aidiyyatı qurumlarda heç bir açıqlama ala bilmədik.

Qurumların fikirlərini dərc etməyə hazırıq.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı