veten informasiya agentliyi

Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?

Tarix:15-01-2026, 10:48
Baxış Sayı:57

Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?


Xəzər dənizinin duzsuzlaşdırılması məqsədilə götürüləcək suyun həcmi dənizin ümumi həcmi ilə müqayisədə olduqca cüzidir və bu proses Xəzərin səviyyəsinə heç bir təsir göstərə bilməz.

Bu sözləri açıqlamasında ekoloq Rövşən Abbasov Xəzər dənizində müşahidə olunan geriçəkilmə fonunda duzsuzlaşdırma zavodunun mümkün ekoloji təsirlərindən danışarkən deyib.

Ekspert bildirib ki, hesablamalara əsasən, duzsuzlaşdırma üçün götürülən suyun miqdarı Xəzərə axan ən kiçik çaylardan belə dəfələrlə azdır:

“Bu qədər kiçik həcmdə suyun götürülməsi Xəzərin səviyyəsinə təsir göstərə bilməz. Digər tərəfdən, bu suyun bir hissəsi birbaşa brayn (yüksək duzluluğa malik su) şəklində dənizə qaytarılır. Qalan hissə isə Bakı və Abşeron yarımadasında istifadə olunduqdan sonra çirkab suya çevrilir və gələcəkdə təmizlənərək yenidən Xəzərə axıdılması nəzərdə tutulur. Yəni götürülən və geri qaytarılan su arasında demək olar ki, fərq olmur”.

Rövşən Abbasovun sözlərinə görə, duzsuzlaşdırma prosesindən sonra yaranan yüksək duzluluğa malik suların idarə olunması üçün bir neçə ekoloji təhlükəsiz variant mövcuddur. Bunlardan biri braynın ekosistemə zərər verməyən xüsusi nöqtələrdən birbaşa dənizə axıdılmasıdır:

“Xəzər onsuz da duzlu mühitdir və az miqdarda əlavə duz dənizin ümumi duzluluğunu elə bir səviyyədə artırmayacaq ki, ekoloji dəyişikliklər baş versin.

Alternativ variant kimi yüksək duzluluğa malik Masazır, Lökbatan istiqamətində yerləşən və ekosistem funksiyası olmayan göllər bu cür duzların saxlanılması üçün istifadə oluna bilər.

Üçüncü yol isə alınan duzun sənayedə tətbiqidir.Bu duzlardan məişət, sənaye duzları hazırlana və ya yol təsərrüfatında istifadə oluna bilər. Yəni problemin real və işlək həll yolları var”.

Ekspert vurğulayıb ki, duzsuzlaşdırma zavodu iqlim dəyişiklikləri fonunda həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli layihədir:

“Zavodun məhz Abşeron yarımadasında inşa edilməsi suyun uzaq məsafələrdən daşınması problemini aradan qaldıracaq. Bu gün Abşeron yarımadası ən çox su istehlak olunan ərazidir. Hazırda Samur-Abşeron kanalı, Oğuz-Qəbələ və Kür kəmərləri vasitəsilə su uzaq məsafələrdən gətirilir və bu, həm riskli, həm də bahalıdır. Yeni zavodla bu risklər və xərclər azalacaq.

Xəzər dənizinin suyunun duzluluğu dünya okeanı ilə müqayisədə təxminən üç dəfə azdır və bu da istehsal xərclərini aşağı salır. Dünya okeanında bir kubmetr suyun duzsuzlaşdırılması təxminən 2 dollara başa gəlirsə, Xəzərdə bu göstərici 1–1,2 manat civarında olacaq. Bu isə bazar baxımından rəqabətə davamlı su mənbəyi deməkdir.

Layihənin ən böyük ekoloji üstünlüklərindən biri çaylardan götürülən suyun həcminin azalmasıdır ki, bu da gələcəkdə çayların rekreasiya, balıqçılıq və ekosistem baxımından daha sağlam istifadəsinə imkan yaradacaq”.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı