veten informasiya agentliyi

ŞƏHİD XATİRƏSİNƏ HÖRMƏTSİZLİK: SAMUXDA ŞƏHİDİN XATİRƏ OTAĞI ANBARA ÇEVRİLİB – TƏHSİL QURUMLARINDAN NARAZILIQ

Tarix:14-01-2026, 16:12
Baxış Sayı:100

ŞƏHİD XATİRƏSİNƏ HÖRMƏTSİZLİK: SAMUXDA ŞƏHİDİN XATİRƏ OTAĞI ANBARA ÇEVRİLİB – TƏHSİL QURUMLARINDAN NARAZILIQ

Samux rayonunun İnstitut qəsəbə sakini, şəhid Həsənov Həsənin valideyni Həsənova Kifayət Qabil qızının müraciətinə əsasən bildiririk ki, İnstitut qəsəbəsində yerləşən tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş sinif otağı ilə bağlı ciddi narahatlıq doğuran hallar mövcuddur.

Valideynin iddiasına görə, şəhid övladının xatirəsinə ayrılmış və şəkillərlə tərtib olunmuş həmin sinif otağı məktəbin direktor əvəzedicisi İbrahimova Aynur və Samux rayon Təhsil Sektorunun müdiri Həsənova Nurlananın iştirakı və göstərişi ilə uzun müddət bağlı saxlanılmışdır. Daha sonra isə bu otaq təyinatı dəyişdirilərək xadimə işçilərinin öhdəsinə verilmiş, nəticədə otaq sanitariya qovşağında istifadə olunan əşyaların yığıldığı anbar halına salınmışdır.

Bu cür yanaşma nəinki şəhid ailəsinə qarşı hörmətsizlik, eyni zamanda milli-mənəvi dəyərlərimizin, şəhidlərimizin əziz xatirəsinin tapdanması kimi qiymətləndirilə bilər. Şəhidlərin adını daşıyan və ya xatirəsinə həsr olunmuş guşə və otaqların qorunması, nümunəvi şəkildə saxlanılması təhsil müəssisələrinin və aidiyyəti qurumların birbaşa borcudur.

İctimaiyyət və şəhid ailələri Samux rayon Təhsil Sektorundan və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bu məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını, səsləndirilən iddialar təsdiqini tapacağı təqdirdə məsul şəxslər barəsində qanunauyğun tədbirlərin görülməsini gözləyir. Eyni zamanda şəhidin xatirəsinə həsr olunmuş sinif otağının əvvəlki statusunun bərpa edilməsi və layiqli şəkildə qorunması tələb olunur.

Şəhidlərimizin xatirəsi xalqımız üçün müqəddəsdir və bu müqəddəsliyə laqeyd yanaşma cəmiyyətdə haqlı narazılıq doğurur. Bu kimi halların qarşısının alınması isə yalnız prinsipial mövqe və məsuliyyətli idarəetmə ilə mümkündür. Araşdırmalarımız davam edir, yazını diqqətdə saxlayacağıq.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı