veten informasiya agentliyi

ARDNF FİASKOSU: Kağız üzərində milyonlar, kassada 4 min manat - NƏ BAŞ VERİR?

Tarix:14-01-2026, 11:03
Baxış Sayı:76

ARDNF FİASKOSU: Kağız üzərində milyonlar, kassada 4 min manat - NƏ BAŞ VERİR?

Dövlət Neft Fondunun (qısaca - ARDNF) xarici neft və qazın Azərbaycan ərazisindən tranzitindən əldə ediləcək gəlirlərlə bağlı proqnozları tam fiasko ilə nəticələnib. Hesablama Palatasının ARDNF-ın 2026-cı il büdcəsinə dair rəyinə əsasən, ötən il 25,4 milyon manat gözlənilən tranzit gəliri cəmi 4 min manat təşkil edib.
Kommersant.az xəbər verir ki, bu rəqəmlər sadəcə səhv deyil, institusional planlaşdırma böhranının açıq göstəricisidir.

Bəs sual olunur ki, ARDNF bu 25 milyonu “hardan” çıxarmışdı? Nə yeni uzunmüddətli tranzit müqavilələri var idi, nə də təminatlı kommersiya axınları. Bu sadəcə ARDNF-ın xəyalları idi. Çünki, verilən proqnozun real müqavilələrə söykənməsi ehtimal belə deyil. Bu proqnoz sadəcə və sadəcə köhnə və artıq işləməyən enerji ssenarilərinə əsaslana bilər.

Əgər tranzitlər ləğv edilməyib və ya dayandırılmayıbsa bu paradoks nəyə görədir? Çünki bütün tranzitlər gəlir üçün nəzərdə tutulmur, bu aydındır. Məslən siyasi xarakterli tranzitlər də var. Eyni zamanda gəlirlər xərclərlə ofset edilir və telling olaraq “sıfırlana” bilir. Bütün hallarda bu absurd sayılacaq fərq proqnozun şəffaflığına xələl gətirir.

Verilən proqnozla real rəqəm arasındaki fərq 7 min dəfə azdır. Bunu 2025-ci ilin “büdcə kosmetikası” adlandırmaq mümkündür. Hesablama Palatasının rəyindən sonra Neft Fondu 2026-cı il üçün tranzit gəliri proqnozunu 3700 manat səviyyəsinə endirib. Burada da “xəyallar və reallıq” prinsipi güzgü kimi Azərbaycan hökümətinə doğrulur.

Əsas məsələlərdən biri də odur ki, ARDNF məsələ ilə bağlı ictimaiyyətə açıqlama vermək kimi məsuliyyət hiss etmir. İzaholunmaz fərqin səbəbkarı və ya proqnozun “hardan çıxarılması” “mif” olaraq qalır. Azərbaycansayağı yanaşma bu məsələdə də öz əksini tapıb. Çünki, bir qurum 25 milyonluq gözlənti ilə 4 min manat arasında fərqi izah edə bilmirsə, problem artıq rəqəmlərdə deyil, idarəetmədədir.

Xocalıda yaşayış evinə ayı girdi
Xocalıda yaşayış evinə ayı girdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Ali Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar verdi
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Türkiyə-Ukrayna münasibətlərində yeni mərhələ: Fidan Kiyevə getdi
Yamalın evini qarət etmək istədilər
Yamalın evini qarət etmək istədilər
881 min nəfər sosial müavinət və təqaüd alıb
881 min nəfər sosial müavinət və təqaüd alıb
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu