veten informasiya agentliyi

Hesablama Palatası Bakı metrosunda milyonluq yeyinti AŞKARLADI

Tarix:14-01-2026, 11:02
Baxış Sayı:28

Hesablama Palatası Bakı metrosunda milyonluq yeyinti AŞKARLADI

Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni “Bənövşəyi” xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları bu günə qədər aradan qaldırılmayıb.
Bu barədə Hesablama Palatasının hesabatına qeyd olunub.

Audit materiallarına əsasən, “Bənövşəyi” xəttə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 658,31 manat fərqin icra prosesində azaldılması 2024-cü ildən indiyə qədər təmin edilməyib.

Bununla yanaşı, həmin obyekt üzrə 559 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin (iş həcmlərində dəyişikliklər) müvafiq qaydada ekspertizadan keçirilməsi də 2024-cü ildən bu günə kimi icra olunmayıb.

Audit zamanı III yeni “Bənövşəyi” xəttə aid “B04” stansiyasının çıxışları üzrə normativ düzəliş əmsallarının düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin faktiki göstəricilərdən artıq göstərilməsi və betonun vahid qiymətinin səhv hesablanması nəticəsində ümumilikdə 255 238,2 manat məbləğində işlərin dəyərinin artırıldığı müəyyən edilib. Bu məbləğin də icra prosesində azaldılması 2024-cü ildən bəri təmin edilməyib.

Oxumağa dəyər: Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşdü – Foto
Hesabatda, həmçinin “B03–B04” mənzil tunelləri və “B04” stansiyası (yolun üst quruluşu və təmas relsi) üzrə normativlərin düzgün tətbiq edilməməsi nəticəsində 1 286 277,3 manat, “B03–B04” stansiyalararası tunellərdə təxliyə keçidləri və “B04” stansiyasının memarlıq hissəsi üzrə 276 016,1 manat, eləcə də “Xocəsən” elektrik deposunda yolun üst quruluşu və təmas relsinin quraşdırılması üzrə 64 661,5 manat məbləğində artırılmış işlərin dəyərinin azaldılmasının 2024-cü ildən bu günədək icra edilmədiyi qeyd olunur.

Auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icra edilməsi ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlərin edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də 2024-cü ildən bəri irəliləyiş qeydə alınmayıb.

Qeyd olunan bütün hallar üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.

Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
Obyektlərini Ədliyyə nazirliyinə icarəyə verən fiziki şəxslər əslində kimlərdir? -DETALLAR
Obyektlərini Ədliyyə nazirliyinə icarəyə verən fiziki şəxslər əslində kimlərdir? -DETALLAR
Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”
Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... -Haqqında nə deyilir?
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... -Haqqında nə deyilir?
Paytaxt yolları keçilməz oldu - Siyahı
Paytaxt yolları keçilməz oldu - Siyahı
Məşhur "Apple" cihazları satışdan çıxarılır - Siyahı
Məşhur
ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
Şəkər kəskin ucuzlaşdı - Şok səbəb
Şəkər kəskin ucuzlaşdı - Şok səbəb