veten informasiya agentliyi

İranda rejim devrilə bilərmi? -ŞƏRH

Tarix:9-01-2026, 17:02
Baxış Sayı:56

İranda rejim devrilə bilərmi? -ŞƏRH


İranda artıq 10 gündür kütləvi etirazlar davam edir.

Maraqlıdır, bu aksiyalar fonunda İrandakı mövcud rejimin devrilməsi mümkündürmü?

Gununsesi.info -ya danışan siyasi şərhçi Zaur Bayramlı hesab edir ki, İran rejiminin devrilməsi mümkündür:
“Amma bunun hansı müddətdə baş verə biləcəyi başqa bir söhbətin mövzusudur. Mən deyərdim ki, molla rejimi hakimiyyətə gəldikdən sonra ona qarşı dəfələrlə etiraz aksiyaları keçirilsə də, hətta bütün İrana yayılan etiraz dalğaları baş versə də, bu miqyasda və bu radikallıqda olmayıb. Xalq artıq demək olar ki, boğaza yığılıb.

Xalq bu rejimin getməsini istəyir. Amma rejimin bu vəziyyətdən çıxıb-çıxmayacağı barədə qəti hökm vermək çətindir. Bununla belə, rejimin təməlləri xeyli dərəcədə sarsılıb. Bu aksiyaların nə qədər davam edəcəyi və təbii ki, xarici dəstəyin və ya xarici müdaxilənin olub-olmaması da prosesin taleyində mühüm rol oynayacaq”.

Siyasi şərhçi hesab edir ki, aksiyalar bir müddət də davam edərsə, rejim ya xalqın tələblərini qarşılamaq məcburiyyətində qalacaq, ya da istefaya getməli olacaq:

“Mənim şəxsən qorxduğum məqam isə odur ki, bu durumda istefa verən ən yüksək rütbəli dövlət nümayəndəsi kimi Azərbaycan türkü olan Məsud Pezeşkianı qurban seçsinlər. Bu, bizim üçün ən xoşagəlməz variant olar.

Bizim üçün Azərbaycan üçün, Türk dünyası üçün ən məqbul və arzuolunan variant o olardı ki, bu proseslərin nəticəsində vilayəti-fəqih sisteminə son verilsin, dini rejim dəyişdirilərək normal prezidentli və parlamentli respublika idarə üsuluna keçilsin və bu proses Pezeşkianın başçılığı ilə həyata keçirilsin. Bu, çətin bir variantdır, amma çətin olsa da, mümkün olan bir variantdır.

Bu məsələdə Türkiyə başda olmaqla, Azərbaycan və ümumilikdə Türk dünyasının təşəbbüs göstərməsinin müsbət nəticə verə biləcəyini düşünürəm”.



Siyasi şərhçi əlavə edib ki, Amerikada müəyyən dairələr və İsrail Pəhləvinin hakimiyyətə gəlməsini istəyir:

“Amma Pəhləvinin gəlişi bizim üçün, Güney Azərbaycan türkləri üçün ən pis variantdır. Hətta deyərdim ki, bu variant fars molla rejimindən də pisdir. Çünki onun atasının dövründə, 1946-cı ilin 12 dekabrında Təbrizə qoşun yeridildi və Pişəvəri hökumətini süquta uğratmaq üçün hərbi əməliyyat aparıldı.

Bir çox mənbələrə görə, həmin dövrdə 30–45 min arası Güney Azərbaycan türkü qətlə yetirildi. Təbrizin ən böyük kitabxanası yandırıldı, tarixi əsərlərimiz məhv edildi. Ona görə də Güney Azərbaycan türklərində Pəhləvilərə olan nifrət Fars Molla rejiminə olan nifrətdən daha güclüdür.

Buna baxmayaraq, Amerikada və İsraildə müəyyən dairələr onun gəlişini dəstəkləyirlər. Bu isə geriyə atılmış bir addım olardı. Çünki Şah rejimi monarxist bir rejim idi.

Bizim isə istəyimiz və arzumuz İranda ya Güney Azərbaycanın müstəqil dövlət kimi formalaşmasıdır, ya da bu mümkün olmasa, parlamentli respublika idarə üsuluna malik, Azərbaycan Demokratik Cümhuriyyəti tipli bir dövlətin qurulmasıdır. Bu respublikanın aparıcı və avanqard qüvvəsi isə Güney Azərbaycan türkləri olmalıdır.

Təəssüflə qeyd etmək istəyirəm ki, mənim yaşadığım ölkənin prezidenti Trampın bu ayın 13-də Floridadakı iqamətgahında Pəhləvini qəbul edəcəyi gözlənilir. Əgər bu görüş baş tutarsa, orada müəyyən sövdələşmələrin aparılması ehtimalı var və bu sövdələşmələrin heç də bizim xeyrimizə olmayacağı açıqdır.

Bütün hallarda, İran rejimi bizə dost olmayan bir rejim olsa da, İran həm qonşu dövlətdir, həm də orada 40 milyondan çox qardaş və bacımız, soydaşımız yaşayır. Ona görə də proseslərin mümkün qədər qansız başa çatmasını arzulayırıq”.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı