veten informasiya agentliyi

Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar

Tarix:16-12-2025, 10:27
Baxış Sayı:82

 Alimlər neftin gözlənilməz əvəzedicisini tapıblar

Yaponiyalı alimlər aqressiv mühitdə sağ qala bilən və əczaçılıqla kosmetika sənayesi üçün dəyərli üzvi birləşməni effektiv istehsal edən çörək mayası ştamı hazırlayıblar.

Tədqiqatın nəticələri "Applied Microbiology and Biotechnology" jurnalında dərc olunub.

Bildirilir ki, bu nailiyyət neft-kimya istehsalını əvəz edə biləcək ekoloji biotexnologiyaların yaradılmasını yaxınlaşdıra bilər. Alimlərin diqqət mərkəzində 2.3-butanediol adlı maddə olub. Bu maddə dərmanların, kosmetikanın və kimyəvi materialların istehsalında geniş istifadə edilir.

2.3-butanediolu mikroorqanizmlər vasitəsilə əldə etmək mümkündür, lakin əsas "biokütlə" sayılan "Saccharomyces cerevisiae" mayaları üçün problem yaranır: 2.3-butanediol yüksək konsentrasiyada onların özləri üçün toksik olur.

Problemi həll etmək üçün tədqiqatçılar yönləndirilmiş mutagenez metodundan istifadə ediblər - mayaların genomunda dəyişikliklər aparılıb və ən davamlı variantlar seçilib.

Alimlərin sözlərinə görə, bu yanaşma dayanıqlı biotexnologiyaların inkişafına yol açır, qazıntı yanacaqlardan asılılığı azalda və kimyəvi birləşmələrin istehsalını daha ekoloji edə bilər. Gələcəkdə modifikasiya olunmuş mikroorqanizmlər "yaşıl" yanacaq, dərmanlar və sənaye komponentlərinin sintezi üçün istifadə oluna bilər.

DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Tovuz döyüşlərindən 6 il ötür
Tovuz döyüşlərindən 6 il ötür
Qətər raket hücumunu dəf etdi
Qətər raket hücumunu dəf etdi
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?