veten informasiya agentliyi

Bizim eradan əvvəl nə deməkdir?

Tarix:13-12-2025, 09:55
Baxış Sayı:94

 Bizim eradan əvvəl nə deməkdir?

Avropada VIII əsrdən başlayaraq illəri İsa Məsihin doğum dünündən hesablamağa başlayıblar. Elə həmin vaxtdan da "bizim era" anlayışı ortaya çıxıb.

Təxminən 1500 il bundan əvvəl Roma Papası I İohann skif əsilli monarx-alim Kiçik Dionisiyə "Pasxa" bayramının qeyd olunması üçün tarixin təzədən, lap dəqiqliyi ilə hesablamasını həvalə edir. Qeyd etmək lazımdır ki, həmin vaxta qədər Avropada illərin hesablanmasını Roma imperatoru olan bütpərəst Diolektianın hakimiyyətə gəldiyi ildən hesablayardılar. Bu da təxminən 284-cü ildən hesablanırdı.

Xaçpərəst olan monarx Kiçik Dionisi isə bütün bu hesablamaların üstündən xətt çəkib "Əhdi-əqiqi" əsas götürərək, illəri İsa Məsihin doğum günündən hesablamışdı. Bu hesablama "Dionisi sistemi" adlanır və monarx-alim bu sistemi 525-ci ildə yaratmışdı. O zamandan indiyədək bütün dünyada bu hesablamadan istifadə olunur. Amma son vaxtlar mütəxəssislər belə hesab edirlər ki, Dionisi öz hesablamalarında təxminən 4 il yanlışlığa yol verib. Buradan da belə nəticə hasil olur ki, hal-hazırda 2025-ci il deyil, əslində 2020-ci il olmalıdır.

VII əsrdən başlayaraq anqlosakson tarixçisi Beddin hesablamaları bütün dünyaya yayıldı. O, "Dionis sistemi"ni əsas götürərək, özünün "Dünyanın yaşının 6 həddi" sistemini onunla uyğunlaşdıraraq, İsa Məsihin doğumundan əvvəlki illəri geriyə doğru hesabladı və buradan da "eramızdan əvvəl" anlayışı ortaya çıxdı. Beləliklə, Bedd öz hesablamalarında İsa Məsihin doğumundan sonrakı illəri - "bizim era", İsa Məsihdən əvvəlki illəri isə "eramızdan əvvəl" adlandırıb.

DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Tovuz döyüşlərindən 6 il ötür
Tovuz döyüşlərindən 6 il ötür
Qətər raket hücumunu dəf etdi
Qətər raket hücumunu dəf etdi
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?