veten informasiya agentliyi

Qiyamət əlaməti - bir-bir sahilə çıxırlar

Tarix:3-12-2025, 10:37
Baxış Sayı:104

 Qiyamət əlaməti - bir-bir sahilə çıxırlar

Avstraliyada son günlər köpəkbalığı hücumları ilə gündəmə gələn hadisələrdən sonra bu dəfə ölkənin qərb sahillərində narahatedici mənzərə ortaya çıxıb. Qərbi Avstraliya əyalətində yerləşən Nanqa Körfəzində müxtəlif növlərə aid 15 dəniz ilanı sahilə vurulmuş vəziyyətdə tapılıb. Həmçinin iyun ayından bəri 17 dəniz tısbağasının da ölü halda üzə çıxdığı bildirilib.

Dəniz ilanlarının ölüm sayındakı artım bioloqlar və mühafizə qurumları arasında ciddi narahatlıq yaradıb. Ölkənin Biyoçeşidlilik, Mühafizə və Səyahət İdarəsi (DBCA) açıqlamasında bildirib ki, sahilə çıxan dəniz ilanları müxtəlif növlərə aiddir və bu hadisələrin ən çox Nanqa Körfəzi ətrafında baş verdiyi qeydə alınıb.

Digər tərəfdən, iyun ayından bu yana eyni bölgədə 17 dəniz tısbağasının da ölü tapıldığı, lakin onların ölüm səbəblərinin hələ müəyyən olunmadığı açıqlanıb.

Mütəxəssislər bildirir ki, Avstraliyanın şimal sularında 20-dən çox dəniz ilanı növü yaşayır və bunların əksəriyyəti qoruma altında olan növlər kimi təsnif edilir. Buna görə də bölgədəki bu kütləvi ölümlər xüsusi diqqətlə araşdırılır.

Hadisənin səbəbi hələlik naməlumdur, lakin tədqiqatların davam etdiyi bildirilib.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu