veten informasiya agentliyi

Neandertalların dini inancları olub?

Tarix:24-11-2025, 10:42
Baxış Sayı:97

 Neandertalların dini inancları olub?

Neandertallarda dini inancların mövcudluğu qədim insanları araşdıran tədqiqatçılar arasında müzakirə mövzusu olaraq qalır.

Mövzu ilə bağlı "Live Science" yazır.

Neandertalların maddi həyatları ilə bağlı bir çox sübutlar, əşyalar toplanıb. Lakin həyatlarının mənəvi tərəfi haqqında olduqca az məlumat var.

Bəzi elm adamları 30 min il əvvəl yaşamış insanların müxtəlif rituallarla məşğul ola biləcəyinə inanırlar. Neandertallar ölüləri basdırıb, heyvan kəllələrini mağaralarda toplayıb və simvolik məqsədlər üçün mağara rəsmləri yaradıblar. Bütün bunlar Neandertalların dini adətlərə malik olduqlarını göstərir.

Alimlər hesab edirlər ki, onların dini inancları və davranışları, ehtimal ki, müasir şamanizmə bənzəyib.

Bununla yanaşı, neandertallar mağaralarda ayı kəllələrindən ritual qurbangahlar yaradıblar. Ehtimal ki, onlar Ayıya tanrı kimi ibadət ediblər.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi