veten informasiya agentliyi

Kəndlər qaytarılılır, sərhəddə... - Naxçıvanla bağlı bu qərar erməniləri qorxuya saldı

Tarix:12-11-2025, 11:59
Baxış Sayı:112

 Kəndlər qaytarılılır, sərhəddə... - Naxçıvanla bağlı bu qərar erməniləri qorxuya saldı

“Tavuş və Naxçıvan istiqamətində anklavların (Qazaxın üç anklav kəndi və Kərki kəndi) qaytarılmasının aktuallaşması həm hərbi, həm siyasi, həm də iqtisadi risklər yaradacaq”.

Bu barədə erməni ekspert Şiraz Xaçatryan deyib.




Xaçatryan hesab edir ki, anklavların qaytarılması sərhəddə hərbi baxımdan qüvvələr balansını poza, Ermənistan ərazisinə yeni “təzyiq nöqtələri” yarada bilər: “Siyasi baxımdan, bu, Ermənistanın maraqları nəzərə alınmadan güzəşt etmək deməkdir. İqtisadi baxımdan isə təkcə ərazilərin qaytarılması yox, həm də kommunikasiyaların itirilməsi olacaq. Çünki Ermənistanın daxili nəqliyyat əlaqələrinin mühüm hissələri bu zonalardan keçir”.




Erməni ekspert baş nazir Nikol Paşinyanın anklavlarla bağlı çıxışında “Artsvaşen”in (Gədəbəyin Başkəndi) Ermənistana verilməsi haqda dediklərinin reallıqdan uzaq olduğunu qeyd edib.




Xaçatryan bildirib ki, anklavların qaytarılmasının yaradacağı problemlər fonunda Naxçıvanla bağlı baş verənlər də Ermənistana risklər vəd edir.




“Azərbaycanda Naxçıvan rezidentlərinə vergi güzəştləri ilə bağlı qərar qəbul olundu. Bu, təkcə iqtisadi təşəbbüs deyil, həm də Naxçıvanın məskunlaşma və demoqrafik siyasəti ilə bağlıdır. Bilirik ki, Naxçıvan Azərbaycan və Türkiyənin iqtisadi əlaqələri üçün platforma rolunu oynayır. Vergi güzştləri bu bölgəni azad iqtisadi zonaya çevirir ki, bu da gələcəkdə əhali sayının artmasını şərtləndirəcək. Bütün bunlar Türkiyə və Azərbaycanın uzunmüddətli regional layihələrinin əsas dayaq nöqtəsi olacaq iqtisadi dəhlizin formalaşmasına töhfə verəcək. Belə vəziyyət Ermənistan üçün ciddi risklər yaradır.




Birincisi, bu, Türkiyə-Azərbaycan tanemdinin sərhədlərimizdəki təsirini artırır və Bakıya cənub-qərb sərhəd istiqamətində mövqelərini gücləndirmək imkanı verir, eyni zamanda, Ermənistanın İrana çıxışını faktiki olaraq “bağlayır”, cənub kommunikasiya imkanlarına nəzarəti zəiflədir.




İkincisi, Naxçıvanın “yeni modeli” sərhədin demarkasiyası çərçivsində Azərbaycanın qaytara biləcəyi ərazilərdə də oxşar azad iqtisadi zonaların yaradılması üçün presedent kimi istifadə oluna bilər, misal üçün anklavlarda. Bu o deməkdir ki, Ermənistanın sərhədləri yaxınlığında Azərbaycan və Türkiyənin nəzarəti altında yeni iqtisadi və logistika mərkəzləri yaradıla bilər”, - Xaçatryan vurğulayıb.

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
“Apple” 200-dən çox iş yerini ixtisar edir
“Apple” 200-dən çox iş yerini ixtisar edir
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək