veten informasiya agentliyi

İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat

Tarix:2-11-2025, 12:45
Baxış Sayı:107

 İlk insanların mənşəyi məlum oldu – Yeni tədqiqat

Beynəlxalq antropoloqlar qrupu ilk insanların köç yolları ilə bağlı əhəmiyyətli kəşf edib. Tədqiqat göstərir ki, müasir insanların ilk nəsilləri indiki Cənubi Afrikanın sahillərindən başlamış ola bilər.

Araşdırma "Transactions of the Royal Society of South Africa" (TRSSA) jurnalında dərc olunub.

Məqaləyə görə, təxminən 70.000 il əvvəl kiçik insan qrupları Cənubi Afrika sahillərini tərk edərək qitənin şərq sahilləri boyunca hərəkət etməyə başlayıblar. Təxminən 20-30 min il sonra onlar Qırmızı dənizi keçərək Ərəbistan yarımadasına çatıb, oradan isə Avrasiyaya yayılıblar.

Alimlər qeyd edirlər ki, Cənubi Afrika icmalarının mülayim iqlimi, bol resursları və sosial inkişaf səviyyəsi miqrasiyanın başlanması üçün ideal şərait yaradıb.

Tədqiqat nəticələrinə görə, əhalinin artımı, resurslar uğrunda rəqabət və iqlim dəyişikliyi insanların Böyük Miqrasiyaya çıxmasına səbəb olub. Sahil marşrutu isə yalnız qida və su təmin etməklə kifayətlənməyib, həm də böyük yırtıcılardan qorunmaq üçün təhlükəsiz yol rolunu oynayıb.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu