veten informasiya agentliyi

ABŞ bu ölkələrdən də ordusunu çıxarır: Sensasion iddia

Tarix:31-10-2025, 10:49
Baxış Sayı:88

 ABŞ bu ölkələrdən də ordusunu çıxarır: Sensasion iddia

Birləşmiş Ştatlar 2025-ci ilin sonuna qədər Macarıstan, Bolqarıstan və Slovakiyadan qoşunlarının bir hissəsini çıxarmağı planlaşdırır.

Bu barədə Ukraynanın “Kyiv Post” nəşri Aİ və ABŞ-dakı anonim mənbələrə istinadən yazıb.

"Bağlı qapılar arxasında ABŞ administrasiyasının rəsmiləri müttəfiqlərinə açıq şəkildə bildirdilər ki, Rumıniyada azalma yalnız başlanğıcdır, dekabrın ortalarından gec olmayaraq Bolqarıstan, Macarıstan və Slovakiyada əlavə ixtisarların olacağı gözlənilir", - hesabatda qeyd edilir.

Məqalə müəllifinin sözlərinə görə, ABŞ-ın yaxın günlərdə rəsmi qərarını açıqlaması gözlənilir. Çıxarılan kontingentin maksimum ölçüsü bir batalyondan çox olmayacaq.

Bununla belə, nəşr bu ölkələrdən qoşunların çıxarılmasının gələn il də davam etdiriləcəyini əlavə edib. Məqalədə ABŞ-ın Baltikyanı ölkələrdə və Polşadakı hərbçilərinin sayını azaltmayacağı da bildirilir.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi