veten informasiya agentliyi

Dünyanın ən çirkli havası olan 10 şəhəri - Siyahı

Tarix:23-10-2025, 11:14
Baxış Sayı:111

 Dünyanın ən çirkli havası olan 10 şəhəri - Siyahı

Hindistanın paytaxtı Dehli yenidən dünyanın ən çirkli havası olan şəhəri elan olunub.

Bu barədə İsveçrənin "IQAir" təşkilatının açıqladığı son reytinqdən məlum olur.

Belə ki, oktyabrın 21-i şəhərdə havanın keyfiyyət indeksi (AQI) 350-yə çatıb, bu da "çox pis" çirklənmə səviyyəsi kimi təsnif edilir. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normadan 3,5 dəfə yüksəkdir.

Dehlidən başqa ilk "10-luğ"a Lahor, Karaçi (hər ikisi Pakistan), Mumbay (Hindistan), Pekin, Şanxay (hər ikisi Çin), Qvadalaxara (Meksika), Kəlküttə (Hindistan), Ravalpindi (Pakistan), Çennai (Hindistan) şəhərləri daxildir.

Bu şəhərlər sənaye tullantıları, avtomobil trafiki, kömür yandırılması və bayramlar zamanı fişənglərdən kütləvi istifadə səbəbindən güclü hava çirklənməsindən əziyyət çəkirlər.

Hindistanda vəziyyət "İşıqlar Festivalı" - Divalidən sonra xüsusilə kəskinləşir. Bu dövrdə fişənglərdən istifadə havadakı PM2.5 hissəciklərinin miqdarını əhəmiyyətli dərəcədə artırır ki, bu da şəhərlərdə havanın keyfiyyətini kəskin şəkildə pisləşdirir. Hindistanın Ali Məhkəməsinin müəyyən etdiyi məhdudiyyətlərə baxmayaraq, bir çox sakinlər qaydaları pozaraq pirotexnikadan istifadə etməyə davam edirlər.

Bütün bunlar əhalinin sağlamlığına ciddi ziyan vurur. Belə ki, sakinlər nəfəsalmada çətinlikdən, xroniki öskürək, göz qıcıqlanması və astmanın kəskinləşməsindən şikayətlənirlər. Bu baxımdan ən həssas kateqoriyaya uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar daxildir.

Ekspertlər xəbərdarlıq edirlər ki, çirklənmiş havanın uzunmüddətli təsiri ürək-damar və tənəffüs yolları xəstəlikləri riskinin artmasına səbəb ola bilər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu