veten informasiya agentliyi

Telefon qutuları boşalır: Artıq bu aksesuarlar içindən çıxmayacaq

Tarix:9-10-2025, 10:19
Baxış Sayı:99

 Telefon qutuları boşalır: Artıq bu aksesuarlar içindən çıxmayacaq

Ağıllı telefon istehsalçıları, ətraf mühiti qoruma siyasəti çərçivəsində telefon qutularındakı aksesuarları mərhələli şəkildə çıxarmağa davam edirlər. Son yeniliyə görə, bəzi şirkətlər artıq şarj kabellərini də qutu məzmunundan çıxarmağa başlayıb. Bu dəyişiklik texnologiya dünyasında böyük müzakirələrə səbəb olub.

Istehsalçılar illərdir karbon izini azaltmaq məqsədilə telefon qutularını sadələşdirirlər. Əvvəllər qutularda qulaqcıq, şarj adapteri və kabel kimi bir çox aksesuar yer alırdı. Son dövrlərdə isə bu aksesuarlar tədricən azaldılaraq yalnız telefonun özü qalır.

Ən son qərarla, şarj kabelinin də çıxarılması gündəmə gəldi və bu xəbər geniş rezonans doğurdu.

Qutulardan aksesuarların çıxarılması tendensiyasını ilk dəfə Apple başlamışdı. Şirkət, "ətraf mühit dostu siyasət" çərçivəsində əvvəlcə qulaqcıqları, daha sonra isə şarj adapterlərini qutu məzmunundan çıxardı.

Apple-dan sonra bu istiqamətdə addım atan markalardan biri də Sony oldu. İstifadəçilər bildiriblər ki, Xperia 10 VII modelinin qutusundan yalnız istifadəçi təlimatı çıxır - nə şarj adapteri, nə də kabel mövcuddur.

Apple da qısa müddət əvvəl AirPods 4 və AirPods Pro 3 modellərinin qutularından şarj kabellərini çıxararaq eyni siyasəti tətbiq etmişdi. Şirkətlər bu qərarı qısa müddətli ekoloji addım kimi təqdim etsə də, istifadəçilər arasında ciddi narazılıq yaranıb. Bir çox alıcı, yüksək qiymətə satılan telefonların qutularından vacib aksesuarların çıxarılmasını "əsassız qənaət" kimi dəyərləndirir.

Bu dəyişikliklə, gələcəkdə yeni telefon alanların şarj adapteri və kabeli ayrıca almaq məcburiyyətində qalacağı gözlənilir. Şirkətlər isə bu siyasətin uzunmüddətli perspektivdə daha az tullantı və daha təmiz ətraf mühit yaradacağına inanır.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu