veten informasiya agentliyi

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçiriləcək

Tarix:18-07-2025, 23:26
Baxış Sayı:126

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçiriləcək

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər başlayıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb. Komissiyaya müraciət edən müəllimlərlə görüşlər 01-31 iyul 2025-ci il tarixlərində həftənin I-V günləri saat 14:00-dan 17:00-dək Dağlıq Şirvan Regional Təhsil İdarəsinin inzibati binasında (Şamaxı şəhər, Şəhriyar küçəsi, 21) keçiriləcək. Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.
Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Sertifikasiya #Görüş

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi