veten informasiya agentliyi

BDU-nun Mədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub

Tarix:6-07-2025, 09:12
Baxış Sayı:173

Xəbər verdiyimiz kimi, 2024/2025-ci tədris ilindən başlayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura pilləsində “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ixtisas üzrə təhsil alan magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə onların bir qrupu 2024-cü ilin dekabr ayında Türkiyəyə ezam olunub. Layihə Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının Ankara və Bakı şəhərlərində reallaşan iclaslarında əldə edilmiş razılığa uyğun olaraq həyata keçirilib.
İyunun 12-də Mədəniyyət Nazirliyində Türkiyədə təcrübə keçmiş magistrantlara qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyətini vurğulayıb, magistrantlara uğurlar arzulayıb.
Qeyd edək ki, BDU-nun magistrantları ezamiyyət zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Müşavirliyi və mədəni sərvətlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Tələbələr abidələrin bərpa və konservasiyası, qorunması sahəsində Türkiyənin qabaqcıl mütəxəssisləri görüşüb, laboratoriyalarda bərpa prosesini əyani şəkildə izləyiblər. Bundan əlavə, proqram çərçivəsində tələbələr mədəniyyət sərvətlərinin ölkədən qanunsuz çıxarılması və gətirilməsinin qarşısının alınmasına yönələn UNESCO-nun 1970-ci il Konvensiyasının tətbiqi ilə bağlı məlumat alıblar.
Səfər çərçivəsində magistrantlar eyni zamanda Türkiyə inzibati məhkəmə orqanı – Danıştay, Ankara Bölgə İdarə Məhkəməsi və ölkəmizin Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində də olub, qurumların fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.
#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir